AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri“ adlı Beynəlxalq Konfrans keçiriləcəkdir

01.07.2021 / Conferences, assemblies

27-29  oktyabr 2021-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və  Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri“ adlı Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfransın veb səhifəsi: http://conf.cyber.az

 Konfransda Polşa, Almaniya, Rusiya, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Kazaxstan və digər ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Beynəlxalq Konfransa qəbul edilmiş məqalələrin IEEE Xplore elektron kitabxanada yerləşdirililməsi və seçilmiş məqalələrin "Informatics and Control Problems"  və SCOPUS bazasında 1.8 impakt faktorlu  “Transport Problems” jurnallarında çapı nəzərdə tutulur.

Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir.

“Bir kəmər-- bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq--Qərb Dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini yaxşılaşdırmaq və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq--Qərb Nəqliyyat Dəhlizi eyni zamanda Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.

Regionda yaranmış Yeni qeosiyasi vəziyyət Şərq-Qərb nəqliyyat dəhlizində yeni nəqliyyat dəhlizlərinin yaranmasına, yeni ölkələrin cəlb olunmasına,
Şimal- Cənub və Şərq-Qərb nəqliyyat dəhlisinin kəsişməsində  yerləşən Azərbaycanın beynəlxalq ticarət – loqistika mərkəzi olaraq əhəmiyyətini daha da artırır.

Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələrindən, universitetlərdən, beynəlxalq təşkilatlardan, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq--Qərb Nəqliyyat Dəhlizi ilə  yüklərin  daşınması üçün təçhizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir. 4-cü Sənaye İnqilabının imkanlarını  nəzərə almaqla , rəqəmsal texnologiya və rəqəmsal  iqtisadiyyatın tətbiqi bu problemlərin həllıində geniş istifadə oluna bilər.

Biz dövlət, biznes, təhsil və elmi cəmiyyətin nümayəndələrini beynəlxalq elmi və praktiki konfransda iştirak etməyə dəvət edirik.
 Konfransda istifadə olunacaq dillər: Azərbaycan, ingilis, və rus.

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap