AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə edib

18.10.2021 / Conferences, assemblies

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radioşüalanmalar mənbəyi barəsində maraqlı məlumatlar əldə edib. Daha öncə bu cür sürətli radioşüalanmaların mənbələrinə aid ehtimallar arasında yadplanetli sivilizasiyalar və hətta Sim nəzəriyyəsi var idi. Lakin indi bir çoxlarının fikirlərinə əsasən sürətli radiosiqnalların mənbəyi güclü maqnit sahəsinə sahib neytron ulduzudur. Bu cür ulduzlara başqa cür maqnetar da deyirlər. Sürətli radioşüalanmalar adətən tək və nadir hallarda təkrarlanan hadisələrdir.

Lakin FRB121102 adlı obyekt 2012-ci ildə aşkar ediləndən təkrarlanmış yüzlərlə radioşüalanma ilə müşayiət edilib. Təkrarlanmış hər bir radioşüalanma isə milyardlarla ulduzun parıldaması səviyyəsində (yalnız radio diapazonunda) yüksək enerjiyə sahib olub. FRB121102 adlı obyekt üzərində olan müşahidələri əhatə edən yeni məlumatlara əsasən 9 avqust 2019-cu il tarixindən 29 oktyabr 2019-cu il tarixinə kimi alimlər 47 gün ərzində rekord sayda təkrarlanmış radioşüalanmalar müşahidə ediblər.

Söhbət, 1652 dəfə təkrarlanmış radioşüalanmalardan gedir. İndiyənə kimi alimlər bu sayda radioşüalanma müşahidə etməyiblər. İlk dəfə radioşüalanma 2007-ci ildə təyin edilmişdi. İkinci belə bir hadisə isə 2012-ci ildə müşahidə olundu. Bu hadisə ilə bağlı indiyənə kimi ehtimal olunan inandırıcı variant isə rusiyalı astrofiziklərin təqdim etmiş olduqları variantdır. Belə ki, onların fikirlərinə əsasən təkrarlanan güclü radioşüalanmaların əsas səbəbi maqnetardır. Maqnetar isə öz növbəsində güclü maqnit sahəsinə sahib cavan neytron ulduzudur. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap