AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kök hüceyrələr kərtənkələdə yeni quyruğun böyüməsinə mane olur

21.10.2021 / Conferences, assemblies

Kərtənkələnin atılmış quyruğunun yerində yenisi yaransa da, o, sinirsiz və onurğasız qığırdaq çıxıntısı kimidir. Bunun səbəbinin kök hüceyrələrlə bağlı olması fikri kifayət qədər qəribə səslənir, çünki kök hüceyrələr itmiş orqanın bərpası üçündür. Alimlərin fikrincə, kök hüceyrələr kərtənkələdə quyruğu bərpa edir, lakin lazım olduğu qədər işləmir.

Cənubi Kaliforniya Universitetinin alimləri embrional inkişaf zamanı sinir sistemini yaradan sinir toxumasının kök hüceyrələrini (NSC, neural stem cells) tədqiq ediblər. Yetkin kərtənkələdə onlar yoxa çıxmır, lakin xüsusiyyəti dəyişir. Orqanizmdəki bütün hüceyrələr kimi, sinir kök hüceyrələr də digərləri ilə aktiv münasibətdə olur, molekulyar siqnal ayırır və müxtəlif fizioloji proseslərə təsir edir. Embrional inkişaf zamanı NSC quyruğun yaranmasını idarə edir: onun onurğa tərəfində onurğa beyni və onurğa sütunu davam etməlidir, alt, qarın hissəsi isə qığırdaqla tamamlanır. Sinir toxumasının embrional kök hüceyrələri bədənin planını başa düşür və xüsusi siqnal ayırır. Bu siqnal onların özünə təsir edir - sümüklərin və sinirlərin yaranmasının qarşısını alır, eyni vaxtda qığırdağın yaranmasını stimullaşdırır. Bu siqnalı yalnız quyruğun aşağı hissəsində olan hüceyrələr ayırır.

“Nature Communications” jurnalında dərc edilmiş məqalədə yazılır ki, yetkin NSC “qığırdaq” siqnalını yeni quyruğun həm yuxarı, həm də aşağı hissəsində yaradır. Yəni yeni yaranan quyruq iki qarın hissədən ibarətdir. Əgər yetkin kərtənkələyə embrional kök hüceyrələr əkilərsə, onlar yetkin kök hüceyrələrdən buraxılan siqnalı hiss edəcək və onurğa sütunu ilə onurğa beynini formalaşdırmayacaq. Yetkin NSC-lər, hətta “qığırdaq” siqnalı ayırmaq qabiliyyətindən məhrum edilsə belə buna qadir deyil.

Embrional NSC-ləri “qığırdaq” siqnala həssaslıqdan məhrum etməklə kərtənkələdə yeni normal quyruq yaradıla bilər. O halda quyruqdan qalan yerin onurğa hissəsində əkilmiş kök hüceyrələr onurğa beyni ilə onurğa sütunu yaradacaq.

AzərTac

Tweet
ANNOUNCE
  • 17.02.2026
  • 07.11.2025
  • 04.11.2025
  • 31.10.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap