AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər COVID-19-un qrip kimi mövsümi xəstəlik olduğunu sübut ediblər

26.10.2021 / Conferences, assemblies

İspaniyalı alimlər COVID-19 yayılmasının hava temperaturu ilə nəmişliyindən asılı olduğuna dair inandırıcı sübutlar təqdim ediblər. Bu isə o deməkdir ki, soyuqdəyməyə səbəb olan viruslar və qrip kimi COVID-19 da mövsümi xəstəliyə aiddir və o əsasən payız-qış aylarında kəskinləşir. Bu fakt bütün dünyada COVID-19-a qarşı istifadəyə verilən profilaktik tədbirlərin əsaslarına ciddi təsir göstərə bilər. Bu barədə EurekAlert saytı xəbər verib. Modelləşdirmə əsasında olmuş ilk nəzəri tədqiqatlar onu göstərmişdilər ki, iqlim COVID-19-un yayılmasında aparıcı rol oynamır. Bununla belə koronavirusun Çində ilkin yayılması 30-50 dərəcə şimal enində baş vermişdi. Söhbət, aşağı temperatur (5 dərəcə Selsidən 11 dərəcə Selsiyə kimi) ilə nəmişliyə sahib regionlardan gedir.

Bu və digər ziddiyyətli faktları nəzərə alaraq ispaniyalı alimlər çoxlu sayda məlumatı analiz edərək belə qənaətə gəliblər ki, COVID-19 aşağı temperatur və nəm hava ilə əlaqəli olan mövsümi infeksiyadır. İlk növbədə alimlər koronavirusun 162 ölkədə ilkin yayılması zamanı hava temperaturu ilə nəmişliyi arasındakı əlaqəni analiz ediblər. Məlum olub ki, virusun daha sürətlə yayılması havanın daha aşağı temperaturu və nəmişliyi ilə əlaqəli olub. Bu nəticələr həm şimal həm də cənub yarımkürələri üçün bərabər olublar. Daha sonra alimlər koronavirus ilə bağlı növbəti hadisələri analiz ediblər və onları havanın mövsümi dəyişiklikləri ilə müqayisə ediblər. Pandemiyanın birinci dalğası temperatur artımı ilə zəifləyib.

İkinci dalğa isə temperatur ilə nəmişliyin aşağı düşməsi fonunda daha da kəskinləşib. Bununla belə bu qanunauyğunluq yay fəslində bütün qitələrdə pozulub. Alimlər bunu tədricən aradan qaldırılmış məhdudiyyətlər, insanların turistik sezonda sərbəst şəkildə hərəkət etmələri və havanın süni yol vasitəsilə soyudulması (soyutma sistemləri) ilə əlaqələndirirlər. “Aşağı nəmişlik vəziyyəti havadakı aerozolların ölçülərini kiçildir. Bu isə öz növbəsində qrip kimi mövsümi virusların hava vasitəsilə yayılmasına şərait yaradır” - deyə alimlər qeyd ediblər. Bundan əlavə olaraq alimlər göstəriblər ki, virusun ötürülməsi sürətinə hava temperaturu faktorunun əlavə edilməsi pandemiyanın növbəti dalğalarının artmasının və ya azalmasının proqnozlaşdırılması məsələsində daha yaxşı çalışır.

technote.az

Tweet
ANNOUNCE
  • 17.02.2026
  • 07.11.2025
  • 04.11.2025
  • 31.10.2025
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap