AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “İnstitut kibertəhlükəsizlik sahəsində beynəlxalq elmi əməkdaşlığa hazırdır”

01.11.2021 / Conferences, assemblies

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın bağlanış mərasimində çıxış edib.

Akademik R.Əliquliyev çıxışı zamanı Azərbaycanda Industry 4.0 istiqamətində atılan addımlar, yerinə yetirilən işlərdən söz açıb. Alim bir neçə il öncə AR Prezidenti cənab İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini xatırladıb. Ölkə başçısının Davos İqtisadi Forumu liderləri və müvafiq transmilli təşkilatların rəsmi nümayəndələri ilə görüşdüyünü, Azərbaycanda Davos İqtisadi Forumunun Industry 4.0 üçün Regional mərkəzinin yaradılacağı barədə xüsusi qərarın qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Industry 4.0 çətiri altında bütün qabaqcıl texnologiyalar Azərbaycan Respublikasında neft-qaz platforması, nəqliyyat sistemləri və s. kimi müxtəlif kritik infrastrukturlarda tətbiq edilir.

AMEA-nın vitse-prezidenti hazırda Azərbaycanın bütün qüvvələrinin, elmi potensialının İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərinə yönəldildiyini nəzərə çatdırıb. Bütün “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı enerji infrastrukturu” texnologiyalarının müvafiq sferalarda tətbiq edildiyini bildirib.

R.Əliquliyev rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edib: “İnstitutun AzScienceNet elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. Belə ki, AzScienceNet elm və təhsil şəbəkələri üzrə milli operator statusunda Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının üzvüdür. AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində ölkənin elm və təhsil müəssisələrinə yüksək səviyyəli internet xidmətləri göstərilir. AMEA İnformasiya Texnologiyaları İnstitutu, həmçinin Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsində Azərbaycanı təmsil edir”.

Alim beynəlxalq konfransda “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələrin aparıldığını, təqdim olunmuş elmi tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti tədbirin kibertəhlükəsizliyə dair bir sıra mühüm aktual problemlərin aşkarlanması, müzakirəsi və həlli yollarının axtarışı, müvafiq sahədə bilik və təcrübə mübadiləsinin aparılması, kibertəhlükələrin mahiyyətinin, kibertəhlükəsizlik problemlərinin ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin müvafiq sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Alim gələcəkdə konfransda ortaya çıxan xüsusi ideyaların həyata keçirilməsinə həsr olunan müxtəlif konfrans və görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açıb. NATO, Avropa Birliyi, müvafiq təşkilatlar, universitetlər və elm mərkəzləri ilə müxtəlif istiqamətlərdə elmi əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib.

Çıxışının sonunda akademik R.Əliquliyev AMEA rəhbərliyi adından NATO-ya, xüsusilə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinə, eləcə də konfransın işində fəal iştirak edən alim və mütəxəssislərə dərin minnətdarlığını bildirib.

frteb.science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap