AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bu gün Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

10.11.2021 / Conferences, assemblies

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur.

Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib. Məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. Dünya Elm Günü bütün maraqlı tərəflərə - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəblilərə qədər hamını elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir. Bu, həmçinin cəmiyyətin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasına, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyin təşviqinə xidmət edir. Eyni zamanda, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyəti dəstəkləməyi qarşısına vəzifə qoyub.

2021-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “İqlim dəyişikliyinə hazır icmaların yaradılması” mövzusuna həsr olunub. Bu il Dünya Elm Günü təsis edilməsinin 20-ci ildönümünü qeyd edir və UNESCO bu fürsətdən istifadə edərək hamı üçün açıq elmin təşviqinin vacibliyini xatırladır. Bu, bəşəriyyətin inkişafı üçün vacibdir və qlobal çağırışların öhdəsindən gəlmək, xüsusən də iqlim dəyişikliyinə hazır icmaların qurulması üçün ilkin şərtdir. Sülh və İnkişaf naminə Dünya Elm Gününə həsr olunan tədbir UNESCO-nun Elm Hesabatının nəticələrinə əsaslanacaq.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması müvafiq istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaradıb, prioritetlərə yenidən baxılmasını zəruri edib. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirib.

Pandemiya dünyada olduğu kimi, Azərbaycanda da təhsil sisteminə təsirsiz qalmayıb. Lakin təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı mühüm addımlar atılıb, lazımi tədbirlər görülüb.

AzərTac

Tweet
ANNOUNCE
  • 22.06.2026
  • 23.04.2026
  • 17.02.2026
    16th International Conference on Integrated Strategic Management, Portfolio, Program, and Project Management to be held
  • 30.01.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap