AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

08.11.2021 / Conferences, assemblies

Hörmətli həmkarlar!

Zəfər bayramı Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsinə mərdliyin, cəsarətliyin, düşmən qarşısında əyilməzliyin rəmzi kimi düşmüş, cənab Prezidentin qətiyyətli iradəsi, yüksək komandanlıq bacarığı, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti və yüksək şücaəti sayəsində Vətən müharibəsi düşmənin kapitulyasiyası ilə nəticələnmişdir.

Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq müharibənin başlaması ilə bağlı xalqa müraciətində qeyd edirdi: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. …Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

Dövlət başçısının bu çıxışından sonra bütün Azərbaycan, xaricdə yaşayan soydaşlarımız, böyüyündən kiçiyinə, qadınından kişisinə, hər kəs Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi sıx birləşdi, bir çox ölkələrin həsəd apardığı, bəlkə də heç bir zaman əldə edə bilməyəcəkləri həmrəyliyi nümayiş etdirən xalqımız Vətən müharibəsinə qalxdı. Xalqımızın birliyini və dəstəyini hiss edən, dualarını eşidən Azərbaycan Ordusu isə düşmənin son 200 ildə davamlı olaraq həyata keçirdiyi soyqırım və terror aktlarına, işğalçılıq siyasətinə cəbhədə elə məharətlə cavab verdi ki, mövqelərini qoyub qaçan, hərbçilərimiz qarşısında tab gətirə bilməyən Ermənistan ordusunun “yenilməz ordu” mifi qısa müddətdə darmadağın edildi. Aşılabilməz səddləri ilə “qürurlanan” düşmən Müzəffər Azərbaycan Ordusunun nəyə qadir olduğunu, vətəni üçün bütün imkanlarını səfərbər edəcəyini, gözünü qırpmadan canından keçəcəyini müharibənin ilk günlərindən son anına qədər öz nəfəsində qorxu ilə hiss etdi.

Heç şübhəsiz, Böyük Qələbəmizin qazanılmasında ulu öndər Heydər Əliyevin hələ SSRİ dövründə peşəkar hərbçilər yetişdirməklə başlatdığı və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi, müasir texnika ilə təchiz olunmuş ordu quruculuğu siyasəti mühüm rol oynadı. Həmin ordu quruculuğudur ki, bu gün dünyanın aparıcı dövlətlərinin ali təhsil müəssisələrində öyrənilir, xarici ekspertlər tərəfindən araşdırılır, təhlil olunur.

Həmçinin ölkə başçısı müharibənin gedişində ideoloji və informasiya müharibəsində də öz qətiyyətliliyini göstərdi, mütəmadi müraciətləri ilə xalqımıza həqiqətləri çatdırdı, xarici media nümayəndələrinin ikili standartlara uyğun suallarına isə səbrlə, təmkinlə, məntiqi və diplomatik cavablar verərək özünün yüksək idarəçilik və liderlik məharətini bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsi dövründə qeyd etdiyim kimi, Prezident İlham Əliyevin adı dövlətçilik salnaməmizə Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah kimi görkəmli sərkərdələrin adı ilə yanaşı həmişəlik həkk olunacaq. Çünki Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsinin memarı oldu, “məğlub xalq” sindromunu sındırdı və bizə unudulmaz Zəfər bəxş etdi.

Qürur hissi ilə deyə bilərəm ki, AMEA kollektivi də Vətən müharibəsində qələbənin qazanılmasına öz töhfəsini vermiş, əməkdaşlarımızdan ixtisaslı zabitlər və könüllülər döyüşlərdə iştirak etmiş, onlardan şəhidlik zirvəsinə ucalanlar və qazilər olmuşdur.

Müharibənin başladığı gün AMEA Rəyasət Heyətinin yaydığı bəyanatda isə bildirilirdi: “Ölkə başçısı cənab İlham Əliyevi və xalqımızı əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi hər zaman olduğu kimi, bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir”.

44 günlük savaşda AMEA-nın elmi müəssisə və təşkilatlarından Silahlı Qüvvələrə Yardım Fonduna 400 min manata yaxın ianə köçürülmüş, Akademiyanın Yüksək Texnologiyalar Parkı və rezidenti tərəfindən ordumuza yuyucu vasitələr, dərman ləvazimatları, dezinfeksiyaedici məhlullar, müxtəlif geyimlər və digər yardımlar edilmiş, o cümlədən əməkdaşlarımız qanvermə aksiyalarında iştirak etmişlər.

Bundan əlavə, alimlərimiz informasiya müharibəsində də fəallıq nümayiş etdirmiş, sosial şəbəkələrdə və beynəlxalq elmi tədbirlərdə düşmənin təxribatlarına qarşı tutarlı cavablar vermiş, xarici təşkilatlara məktublar, bəyanatlar ünvanlamış, Azərbaycanın haqq davası barədə yerli və xarici media nümayəndələrinə müsahibələr vermişlər.

AMEA Qarabağa Böyük Qayıdış prosesində və aparılan yenidənqurma işlərində də yaxından iştirak edir. Belə ki, Akademiyada artıq Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzi, alban irsini araşdırmaq üçün Albanşünaslıq Elmi Mərkəzi yaradılıb, əməkdaşlarımız yenidənqurma ilə bağlı formalaşdırılmış bir sıra ekoloji, iqtisadi və digər İşçi qruplarında təmsil olunurlar. O cümlədən AMEA-da Zəfərimizi əks etdirən kitablar, monoqrafiyalar hazırlanır, muzeylərimizdə isə həm bu münasibətlə, həm də erməni vandalizmini əks etdirən sərgilər təşkil olunur.

Dəyərli Akademiya əməkdaşları, Sizi unudulmaz əlamətdar gün münasibətilə təbrik edir, qalib bir ölkənin vətəndaşı kimi cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

science.gov.az

Tweet
ANNOUNCE
  • 17.02.2026
    16th International Conference on Integrated Strategic Management, Portfolio, Program, and Project Management to be held
  • 18.12.2025
    Regular meeting of the Science Council will be held
  • 09.12.2025
    A scientific seminar of the Institute of Control Systems will be held
  • 05.12.2025
    The 4th Eurasian Conference on Human-Computer Interaction (HCI-E2025) to be held
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap