AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Yerin ilk materiklərinin su üzərinə nə vaxt qalxdığını müəyyən ediblər

12.11.2021 / Conferences, assemblies

Hindistan ərazisində tapılmış kontinental dağ süxurlarının qədim yataqlarını tədqiq edən alimlər bu qənaətə gəliblər ki, Yer üzündə ilk quru ərazi təqribən 3,3 milyard il əvvəl yaranıb. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Sinqbum kratonu süxurlarının tədqiqinin nəticələrinə əsasən, qurunun bu hissəsi atmosferlə təqribən 3,3-3,2 milyard il əvvəl təmasda olmağa başlayıb. Yerin təki bir neçə təbəqədən ibarətdir: bərk yer qabığı, mantiya və nüvə. Yer qabığı bir neçə nəhəng fraqmentə - mantiyanın səthi üzrə yavaş sürətlə “üzən” və bir-biri ilə toqquşan tektonik plitələrə bölünür. Bu cür toqquşmalar nəticəsində qitələr, dağ silsiləsi və digər nəhəng qeyri-bərabər relyef formaları meydana gəlir və yox olur. Son illər alimlər bu plitələrin hərəkətinin nə vaxt başladığı və Yer üzündə ilk qitələrin nə zaman yaranması barədə fəal diskussiya aparırlar. Yerin ilk quru səthinin nə zaman meydana gəlməsi məsələsi heç də az mübahisə doğurmur. Quru ərazilərin meydana gəlməsi atmosfer və hidrosfer arasında qaz mübadiləsini köklü dəyişib, həmçinin həyatın təkamülündə vacib rol oynayıb.

Dehli Universitetindən Subam Mukercinin rəhbərliyi ilə geoloqların yeni tədqiqatı bu suala cavab vermək imkanı yaradıb. Onlar Sinqbum kratonunun süxurlarını tədqiq ediblər. Kraton Yer üzündə artıq bir neçə milyard il ərzində mövcud olan qədim tektonik plitələrin sabit hissələridir. Sinqbum kratonu həm dəniz, həm də quru süxurları ilə zəngindir. Alimlər güman edirlər ki, orada planetin ən qədim torpaq nümunələri ola bilər. Subam Mukerci və onun həmkarları bu kratondan süxur nümunələrinin yaranma tarixini öyrənməyə çalışıblar. Məlum olub ki, dəniz süxurlarının son təbəqəsinin və ən qədim “quru” yataqlarının yaşı təqribən 3,3-3,2 milyard il təşkil edir. Bu, onları Yer üzündə müvafiq qəbildən olan ən qədim süxur edir və göstərir ki, ilk qitələr okeanın dibindən azı 3,3 milyard il əvvəl qalxmağa başlayıb. 3,5-3,1 milyard il əvvəl yaranmış süxurların tərkibinin analizi göstərir ki, Yer qabığının gələcək qitəsinin qalınlığında başlanan sürətlə genişlənmə bu hadisənin səbəbi olub. Alimlərin sözlərinə görə, onun sürətlə böyüməsi həmin dövrdə planetin təkində yaranan maqmanın tərkibində baş verən kəskin dəyişikliklə bağlı olub. Geoloqlar ümid edirlər ki, ən qədim süxur nümunələrinin növbəti tədqiqi bu nəzəriyyəni təsdiqləməyə kömək edəcək.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap