AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

23.11.2021 / Conferences, assemblies

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edərək qırmızı planet ətrafında yüklənmiş hissəciklərdən ibarət halqanın yaradılmasını təklif ediblər. Mars üçün maqnit sahəsinin yaradılması istiqamətində ya planet daxilində ya da planet ətrafında yüklənmiş hissəciklərdən ibarət güclü axın lazımdır. Fobos Marsın iki peykindən biridir. O, Mars ətrafında o qədər yaxın məsafədə dövr edir ki, onun Mars ətrafındakı tam dövrü hər 8 saat ərzində baş verir. Buna görə də alimlər Fobosdan istifadə etməyi təklif ediblər. Belə ki, onların ideyasına əsasən Fobosun səthində olan hissəcikləri ionlaşdırmaq və daha sonra sürətləndirmək lazımdır. Nəticədə ionlaşdırılmış və sürətləndirilmiş hissəciklər Fobos ətrafında plazmalı səth yarada bilərlər. Bu isə öz növbəsində Mars üçün güclü maqnit sahəsinin yaranmasna gətirib çıxarda bilər.

 

Marsda yaşayış mühitinin yaradılması insanların əsas arzularından biridir. Buna görə də Marsı ikinci Yer kürəsinə çevirmək üçün ona süni maqnit sahəsi lazımdır. Marsdakı sutka demək olar ki, Yer kürəsindəki sutkaya bənzəyir. Bundan əlavə olaraq Mars səthinin altında donmuş şəkildə olan su ehtiyatı mövcuddur. Həmin su ehtiyatı müəyyən müddətdən sonra nəfəs almaq üçün lazımi atmosferə çevrilə bilər. Maqnit sahəsi Günəş küləyindən və ionlaşdırılmış hissəciklərdən qoruma özəlliyinə sahibdir. Yer kürəsinin maqnit sahəsi bizim planetimizin səthinə yüksək enerjili bir çox hissəciyin daxil olmasının qarşısını alır. Əvvəllər Mars da Yer kürəsi kimi su ilə zəngin sıx atmosferə sahib olub. Lakin maqnit sahəsinin qoruması olmadan həmin atmosfer tez zamanda yox olub.

 

Marsda Yer kürəsinin sahib olduğu maqnit sahəsinə bənzər sahəni reallaşdırmaq asan məsələ deyil. Belə ki, Yer kürəsinin maqnit sahəsi planetin nüvəsindəki dinamik effekt hesabına generasiya olunur. Yer kürəsinin nüvəsindəki dəmir ərintilərinin konveksiyası Yer kürəsinin maqnit sahəsini yaradır. Lakin Marsın daxili hissəsi daha kiçik və soyuqdur. Onun nüvəsini sadəcə olaraq işə salmaqla maqnit sahəsinin yaranmasına ümid etmək mümkün variant deyil. Mümkün texniki maneələrə baxmayaraq alimlərin təklif etdikləri bu ideyanın reallaşdırılması mümkün variant kimi görünür. Qeyd etmək lazımdır ki, Mars üçün maqnit sahəsinin yaradılması üzrə müxtəlif təkliflər əvvəllər də irəli sürülüb. Onların çoxu adətən özlərində ya yerüstü ya da orbital solenoidlərin istifadələrini birləşdirib. Solenoid induktivlik çarxının bir növüdür və spiral formaya sahibdir. Onun ətrafından elektrik cərəyan keçirən zaman maqnit sahəsi yaranır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap