AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA ilə REA arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”i imzalanıb

26.11.2021 / Conferences, assemblies

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası (REA) arasında elm, innovasiya və təhsil sahəsində uğurlu əməkdaşlığın təşkilində hər iki ölkənin elmi-tədqiqat, maliyyə və vasitəçi təşkilatları, universitetləri başlıca rol oynayırlar. AMEA və REA Azərbaycan və Rusiyanın elmi-tədqiqat və təhsil müəssisələrinin aktiv iştirakını və intensiv fəaliyyətini təmin etmək istiqamətində birgə fəaliyyətin təşkili ilə bağlı iş aparır.

Bu gün Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AMEA ilə REA arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasimi baş tutub.

Sənədi akademik Aleksandr Sergeyev və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev imzalayıblar.

“Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi” birgə qabaqcıl elmi və texnoloji tədqiqatların təşviqinin davamı, hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, gənc alimlərə və istedadlara dəstək göstərilməsi, alimlərin mobilliyinin optimallaşdırılması, eləcə də hər iki ölkənin elm, innovasiya və təhsilinin cəmiyyətə və iqtisadiyyata inteqrasiyası məqsədini daşıyır.

Sənəd 4 əsas istiqaməti əhatə edir ki, buraya “Birgə qabaqcıl elmi və texnoloji tədqiqatlar”, “Hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlər”, “Gənc alimlərə və istedadlara dəstək, alimlərin mobilliyinin optimallaşdırılması” və “Elm, innovasiya və təhsil cəmiyyətə və iqtisadiyyata inteqrasiya vasitəsi kimi” daxildir.

Rusiya və Azərbaycanın elmi qurumları mövcud milli və beynəlxalq sazişlər çərçivəsində qabaqcıl elmi və texnoloji istiqamətlər üzrə fəaliyyətlərini intensivləşdirməyi və genişləndirməyi planlaşdırırlar. Təşkilatlar Avropanın elmi layihələrində birgə iştirakı və iki ölkənin elmi kollektivlərini elm, innovasiya və təhsil sahəsində Avropanın çərçivə proqramlarından istifadə etməklə müştərək tədqiqat layihələrini inkişaf etdirməyə təşviq edəcəklər.

Elm və təhsil qurumlarının iştirakı ilə perspektiv və prioritet elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji birgə işlərin intensivləşdirilməsi, ikitərəfli proqram və təşəbbüslərin həyata keçirilməsi vasitəsilə hər iki ölkədə müştərək elmi tədqiqatların dəstəklənməsi perspektivdə nəzərdə tutulan mühüm tədbirlərdir.

Sənəddə qeyd olunur ki, elmi-tədqiqat və təhsil müəssisələrinin tələbə, gənc alim və mütəxəssislərinin mübadiləsi prioritet istiqamətlər üzrə elmi tədqiqatlara əhəmiyyətli töhfədir, həmçinin gələcəkdə rəqabətqabiliyyətliliyin artırılmasına, etimadlı əməkdaşlığa və qarşılıqlı anlaşmaya imkan yaradır.

Akademik mobilliyi inkişaf etdirmək, mobilliyi dəstəkləmək üçün milli və ya beynəlxalq proqramların imkanlarından istifadə edərək ikili diplom proqramlarının yaradılmasına nail olmaq iki qurumun birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərdəndir.

“Yol Xəritəsi” həm də elmlə cəmiyyət arasında əlaqələrin inkişafının strateji əhəmiyyətini önə çəkir, bu istiqamətdə birgə təşəbbüsləri dəstəkləyir. AMEA və REA arasında əməkdaşlıq çərçivəsində elmi forumlar, konfranslar, simpoziumlar və seminarların keçirilməsi, mühüm elmi problemlərin həlli üçün səylərin birləşdirilməsi nəzərdə tutulur.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap