AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Leonard kometi getdikcə Yerə yaxınlaşır

01.12.2021 / Conferences, assemblies

2021-ci il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonard tərəfindən kəşf olunan C/2021 A1 (Leonard) kometi sürətlə Yerə yaxınlaşmağa davam edir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, komet saatda 70 km sürətlə hərəkət edir. Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla Leonard kometini müşahidə etmək mümkündür. Dekabrın əvvəllərindən başlayaraq  komet Naxırçı, İlan, Herkules və İlandaşıyan bürclərindən keçəcək. Həmin müddətdə onun parlaqlığı 4 m ulduz ölçüsünə çatacaq və adi gözlə müşahidəsi mümkün olacaq. Dekabrın ikinci yarısında isə komet artıq Cənub yarımkürəsinə keçəcək və 25 dekabrda Mikroskop bürcündə müşahidə ediləcək.

Leonard kometi 12 dekabrda Yerə ən yaxın nöqtədən (34 mln km) keçəcək və maksimum parlaqlıqda görünəcək. Komet Günəşlə Yer arasında yerləşəcəyi üçün onun parlaqlığı 1 m -ə kimi arta bilər. Bu isə o deməkdir ki, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaq.

Komet parlaqlığının maksimumuna çatanda onun biri qaz, digəri isə tozdan ibarət iki quyruğu olacaq. Onun indi də artıq kifayət qədər uzun, ionlaşmış qazdan ibarət quyruğu var. Göründüyü periodun əksər hissəsində qaz və toz quyruqları eyni bucaq altında olduğundan Yerdən bir quyruq kimi görünəcəklər. Ancaq 10-13 dekabr aralığında quyruqların arasındakı  görünən bucaq məsafəsi təxminən 300-dək artacaq.

Qeyd edək ki, komet hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, komet Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap