UNEC İqtisadi Forumu-2021 dekabrın 2-də öz işini davam etdiri
03.12.2021 / Conferences, assembliesForumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.
“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.
UNEC rektoru professor Ədalət Muradov forum iştirakçılarını salamlayaraq, panelin postkovid dövründə elm və təhsilə elmi baxış mövzusuna həsr olunduğunu deyib.
Təhsil naziri Emin Əmrullayev çıxış edərək forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. Ölkənin bundan sonrakı elm və təhsil sahəsində fəaliyyətinin məhz müstəqillik və zəfərlə bağlı olduğunu deyib. Paneldə AMEA İdarəetmə Sistemləri İnstitutunundan (İSİ) r.ü.f.d. Sevinc Quliyeva və Valeriya Puşnova istirak ediblər.
Sonra Gənc tədqiqatçıların və Tədqiqat Mərkəzlərinin rəhbərlərinin “SPRINGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher ilə görüş keçirilmişdir. Forumda, həmçinin Türkiyənin Ali Təhsil Şurasının rəhbəri rəhbəri Erol Özvar, Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Aziz Sancar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev çıxış ediblər. Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar. Müzakirələrdə AMEA İSİ-dən t.ü.f.d. Tahir Əlizadə və elmi işçi Səyyarə Hidayətzadə iştirak ediblər.
Daha sonra forum öz işinə “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusuna həsr olunan Panel 3 çıxışları ilə davam edib. Çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Forumda müzakirə olunan mövzuların Prezident cənab İlham Əliyevin ölkəmizin 2030-cu ilədək inkişaf istiqamətləri ilə bağlı müəyyən etdiyi milli prioritetlərdən irəli gələn məsələlərin effektiv icrası üçün mühüm platforma olduğunu deyib. Nazir Azərbaycanda rəqəmsal transformasiyanın səmərəliliyinin təmin olunmasından və rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən söz açıb. Paneldə AMEA İSİ-dən i.ü.f.d Aygün Əliyeva və t.e.d. Ramin Rzayev iştirak ediblər.
UNEC İqtisadi Forumu dekabrın 3-də öz işini davam etdirəcək.