AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

MEK-də görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinə həsr olunan sərgi keçirilir

16.12.2021 / Conferences, assemblies

2021-ci ildə fenomenal elmi təfəkkürü ilə seçilən, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi adı elm tarixinə qızıl hərflərlə yazılan Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dünya şöhrətli azərbaycanlı alimin zəngin yaradıcılığını əks etdirən sərgi təşkil olunub.

Sərgidə orijinal elmi ideyaları və yanaşmaları ilə müasir dünya elmində yeni istiqamətlər formalaşdıran alimin zəngin əsərlərini, o cümlədən məhsuldar həyatını özündə cəmləşdirən kitab və qəzetlərdən ibarət materiallar 2 həftə boyunca oxuculara təqdim ediləcək.

M.Səməd (Əliyev) “Dünya dahilərsiz yaşaya bilmir” (2000), F.Qurbanov “Lütfi Zadə-95” (2016), Zadeh L.Ed. “Computing methods in optimization probleme” (1969), Lütfi Zadə və A. Dezoer Çarls “Теория линейных систем. Метод пространства состояний” (1970), Lütfi Zadə “Понятия лингвистической переменой и его применение к принятию приближенных решений” (1979) və digərləri sərgilənən nəşrlər sırasında yer alıb.

Xatırladaq ki, Lütfi Zadənin böyük alim kimi qəbul olunması fundamental nəzəriyyələri ilə bağlıdır. Alimin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ, Yaponiya və Avropada elm və texnologiyaların inkişafına misilsiz töhfələr verib, iqtisadiyyatın dirçəlməsinə səbəb olub. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) məhz Lütfi Zadənin nəzəriyyələri əsasında idarəetmə sistemlərini təkmilləşdirib. O, həmçinin 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olub, 50-dən çox doktorant hazırlayıb.

Qeyd edək ki, sözügedən sərgi Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA tərəfindən hazırlanan Tədbirlər planına əsasən təşkil edilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap