AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Ramiz Mehdiyevə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunub

23.12.2021 /

AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti AMEA-nın Rəyasət Heyətinə verilib. 

Nəzərə çatdırılıb ki, AMEA Rəyasət Heyətinin üzvləri Nizami Gəncəvinin tədqiqi və təbliği sahəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Akademiyanın əldə etdiyi mühüm nəticələri nəzərə alaraq, “Azərbaycan Respublikasının  Nizami Gəncəvi adına Qızıl medalı”nın akademik Ramiz Mehdiyevə, əcnəbi alimlərdən isə ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Səncərə verilməsi barədə müvafiq dövlət qurumları qarşısında təşəbbüslə çıxış ediblər. Təşəbbüs ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə dəstəklənib.  

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında və “Nizami Gəncəvi İli” ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.

İclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı akademik Ramiz Mehdiyevə təqdim edib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap