AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Ramiz Mehdiyev: “AMEA-da “Nizami Gəncəvi İli”ndə uğurlu nəticələr əldə olunmuş, nizamişünaslığımız yeni əsərlərlə zənginləşmişdir”

23.12.2021 /

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclasında çıxış edib.

Akademik Ramiz Mehdiyev da­hi şa­ir, qüd­rət­li sə­nət­kar, bə­şə­ri tə­fək­kü­rə ma­lik bö­yük mü­­tə­fək­kir Nizami Gəncəvinin “Xəm­sə”sinin şai­rin öz sağ­lı­ğın­dan eti­ba­rən türk-mü­səl­man dün­ya­sın­da oxu­nub öy­rə­nil­diyini və ona bö­yük şöh­rət qa­zan­dır­dığını bildirib. O, şairin əsərlərinin tədqiqi və nəşri sahəsində Nizami Gəncəvinin 1941-ci ildə keçirilmiş 800 illik yubileyinin tarixi əhəmiyyəti olduğunu vurğulayıb.

AMEA prezidenti gör­kəm­li döv­lət xa­di­mi, ulu öndər Hey­dər Əli­ye­vin 1979-cu ildə “Bö­yük Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi­nin əsər­lə­ri­nin təd­qi­qi, nəş­ri və tər­cü­mə edil­mə­si­ni da­ha da yax­şı­laş­dır­maq təd­bir­lə­ri haq­qın­da” qə­bul etdiyi qərardan sonra ölkəmizdə dahi sənətkarın həyatı və yaradıcılığının öyrənilməsi istiqamətində yeni bir tarixi epoxanın başlandığını, genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Akademik qeyd edib ki, həmin dövrdə Nizami Gəncəvi haqqında yazılmış elmi əsərlərdən, çap olunmuş kitablardan başqa, həm də şairin adının əbədiləşdirilməsi sahəsində mühüm işlər görülmüşdür.

Akademik R.Mehdiyev 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd edilməsini dövrün mühüm hadisələrindən biri kimi qiymətləndirərək, ümummilli lider Heydər Əliyevin bu yubileyin keçirilməsi üçün Siyasi Büro səviyyəsində gərgin iş apardığını bildirib.

“Nizami Gəncəvi İli”ndə ölkəmizin digər təşkilatları kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən AMEA rəhbəri  2021-ci il ərzində Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Azərbaycan miqyasında və xarici ölkələrdə əhəmiyyətli işlərin aparıldığını vurğulayıb. Akademik əlavə edib ki, bu məqsədlə AMEA-nın elmi-tədqiqat müəssisələrində çoxsaylı beynəlxalq və respublika miqyaslı konfranslar keçirilmiş və bu konfranslarda Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin mütəxəssisləri də məruzələrlə çıxış etmişlər.

R.Mehdiyev 2021-ci il ərzində Akademiya əməkdaşlarının iştirakı ilə 45 monoqrafiyanın çap edilməsini mühüm elmi nəticə kimi dəyərləndirib. Qeyd edib ki, Gəncə Bölməsində yüksək səviyyədə təşkil olunmuş “Yaşayan Nizami Gəncəvi” konfransı ilə AMEA “Nizami Gəncəvi İli”nə həsr olunmuş zirvə tədbirini keçirmişdir.

AMEA prezidenti bugünkü tədbir ilə “Nizami Gəncəvi İli”nə dair Akademiyada həyata keçirilmiş tədbirlərə yekun vurulduğunu vurğulayaraq görülmüş genişmiqyaslı işlərə nəzər salıb, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin “Nizami Gəncəvi İli”ndəki səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Əlavə edib ki, Akademiyada “Nizami Gəncəvi İli” çox uğurlu olmuş, nizamişünaslığımız yeni əsərlərlə zənginləşmişdir.

Çıxışının sonunda akademik R.Mehdiyev il ərzində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığının Akademiyada tədqiq olunması və təbliğ edilməsi istiqamətində aparılmış genişmiqyaslı işlər, çap olunmuş çoxsaylı kitablar və əldə olunmuş mühüm nəticələrin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş Rəyasət Heyətinin Xüsusi iclasını keçirməyə tam əsas verdiyini bildirib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap