AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Mərkəzi Elmi Kitabxana 2021-ci ildə ən çox müraciət olunan kitabların adlarını açıqlayıb

12.01.2022 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2021-ci il ərzində ən çox müraciət olunan fərqli mövzu və janrları əhatə edən kitabların adlarını açıqlayıb.

Siyahıda ilk pilləni Qarabağ mövzusu, tarixi, coğrafiyası, həmçinin Şuşa haqqında yazılmış nəşrlər tutub. 2020-ci ildə qazanılan böyük zəfərdən sonra bu mövzuda aparılan elmi-tədqiqat işlərinin və yazılan kitabların sayı günbəgün çoxaldığı üçün, oxucular tərəfindən bu sahəni əhatə edən nəşrlərə tələbat çoxalıb. Sözügedən nəşrlər sırasında “История города Шуша (Садыхова Гюльджамал)”, “Köhnə Şuşa” Azərbaycan, rus və ingilis dillərində (Çingiz Qacar), “Şuşa şəhərinin tarixi” (Yunis Hüseynov), həmçinin bu mövzuya həsr olunmuş qəzet, jurnal materialları və s. yer alıb.

Kitabxananın fondlarına ən çox müraciət edilən kitablar sırasında növbəti pilləni Nizami Gəncəvinin müəllifi olduğu, həmçinin dahi şairin həyat və yaradıcılığı mövzusunda yazılmış nəşrlər tutub. Onların sırasında “Leyli və Məcnun”, “Nizami Gəncəvinin hikmət dünyası”, “Nizami və tariximiz” (Elməddin Əlibəyzadə), “Nizami Gəncəvi: həyatı və sənəti” (Azadə Rüstəmova), “Nizami Gəncəvi-870: məqalələr toplusu” və s. öz aktuallığı ilə seçilib.

Həmçinin oxucular tərəfindən gender bərabərliyi mövzusunda yazılan nəşrlərə də üstünlük verilib. Bunların sırasında professor Rəna Mirzəzadənin müəllifi olduğu “Gender: siyasi-hüquqi təhlil”, “Gender və feminizm”, Zümrüd Quluzadənin “Gender Azərbaycanda”, həmçinin “Gender and development: the Japanese experience in comparative perspective”, “Gender: demokratiya, sülh mədəniyyəti, təhsil: 2-ci respublika elmi-praktiki konfransın materialları” və s. kitablar var.

Qeyd edək ki, beynəlxalq kitabxanalarla əlaqələrini genişləndirən Mərkəzi Elmi Kitabxanaya yerli oxucularla yanaşı, xarici ölkə vətəndaşları, kitabxanaları və təşkilatları tərəfindən də müraciətlər edilib. Müxtəlif elmi mövzuları əhatə edən nəşrlərə, elmi əsərlərə və qəzetlərə, jurnallara, siyasi və dövlətçiliyə aid kitablara da tələbat çox olub.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap