AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

MEK-ə Qarabağ və dövlətçilik mövzusuna həsr edilmiş nəşrlər daxil olub

18.01.2022 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna  yeni nəşrlər daxil olub.

Daxil olan nəşrlərdən “Şuşa-Pənahabad” (Yaqub Mahmudov, Camal Mustafayev), türk dilində olan “Hüquqi müstəvidə Türkiyə və Azərbaycanın ortaq erməni problemi. Qarabağ və 10 noyabr 2020-ci il atəşkəs Bəyanatı (Av.Fərhat Aznevi)”, “Zəfərə aparan yol” (Misir Mərdanov), “Qarabağ Azərbaycandır! Vətən Müharibəsi 44 gün” (“Respublika” qəzetinin Xüsusi Buraxılışı), Məmməd Aslanın “Ağla, qərənfil, ağla...”, “Alban mədəniyyətinə erməni təcavüzü” (Faiq İsmayılov, Əlibaba Ağayev), “Ağrıdağlı Qəhrəmanlar” (Bilal Ənsər), “Baş daşı əhvalatı” (Salatın Əhmədli)”, “Vətən kitabı” (Hacı Əkbər Rüstəmov), “Şəhidlər və Qazilər” (M.Kamal Pilavoğlu), “Parçalanmış millətin harayı” və digər dəyərli nəşrlər yer alıb.

Yeni daxil olan kitablar sırasında “Zəfərə Aparan Yol” kitabı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilib. Kitabda İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunmuş, dünyaya ölkəmizin və ordumuzun gücünü bir daha sübut edən tarixi zəfərdən geniş bəhs olunur. Sözügedən kitabda, həmçinin Prezident İlham Əliyevin bir şəxsiyyət kimi formalaşmasında, dünyanın önəmli siyasi liderlərindən birinə çevrilməsində əhəmiyyətli rolu olan məktəblərdən və həmin məktəbləri bir qədər də zənginləşdirərək yaratdığı öz məktəbindən danışılır.

Daxil olan nəşrlər sırasında “Şuşa-Pənahabad” kitabı da öz əhəmiyyəti seçilir. Kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyəsi ilə yazılıb. Əsas məzmunu Azərbaycan xalqının ən qədim yaşayış məskənlərindən biri olan Qarabağın mədəniyyət mərkəzi sayılan-Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, memarlıq abidələri olan kitabda, bütün bunlarla yanaşı, şəhərin erməni vandallarının işğalından əvvəlki və işğaldan sonrakı mənzərəsini əks etdirən fotoşəkillər də yer alıb.

“Don’t Believe Armenian Lies. Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar (1724-2010)” yaddaş kitabçası da fonda daxil olan nəşrlərdəndir. Kitabçada erməni terrorçu quldur birləşmələrinin Azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi cinayətlər tarixi faktlarla diqqətə çatdırılır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 09.12.2025
    A scientific seminar of the Institute of Control Systems will be held
  • 05.12.2025
    The 4th Eurasian Conference on Human-Computer Interaction (HCI-E2025) to be held
  • 03.12.2025
    International symposium on "New Research Methodologies in Computer Science and Modern Models of Industrial-Academic Cooperation" to be held
  • 27.11.2025
    Regular meeting of the Science Council will be held
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap