AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verilib

12.01.2022 /

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çımağa başlayıb. Məşhur analitik Ming-Chi Kuo tərəfindən verilmiş yeni məlumata əsasən Apple şirkətinin qarışıq reallıq cihazı şarj prosesi üçün 96 vatt gücündə olan adapterdən istifadə edəcək. Qeyd etmək lazımdır ki, 14 düym ekrana sahib olan aktual MacBook Pro modeli də bu cür adapter vasitəsilə şarj olunur. Qarışıq reallıq cihazının bu cür güclü şarj adapterindən istifadə edəcəyini analitikin əvvəlki fikirləri də sübut edirlər.

Belə ki, analitik daha öncədən xəbər vermişdi ki, Apple şirkətinin qarışıq reallıq cihazı Mac kompüterləri səviyyəsində hesablayıcı gücə sahib olacaq. Analitik həmçinin bildirib ki, sözügedən cihaz 2 ədəd prosessor ilə təchiz olunacaq. Onlardan biri 4 nanometrlik, digəri isə 5 nanometrlik olacaq. Hər iki prosessor TSMC şirkəti tərəfindən istehsal olunacaq. Hələ noyabr ayında analitik bildirmişdi ki, prosessorlardan biri öz gücünə görə Apple M1 prosessoru ilə eyni səviyyədə olacaq.

İkinci prosessor daha aşağı performans göstəricilərinə sahib olacaq və qarışıq reallıq cihazındakı müxtəlif sensorların işlərindən cavabdeh olacaq. Analitikin sözlərinə əsasən cihaz istifadəçilərə innovasiyali istifadə təcrübəsini təqdim edəcək. Belə ki, cihaz AR və VR rejimi arasındakı sürətli keçidi təmin edəcək. Analitik əmindir ki, qarışıq reallıq cihazının satışa çıxmasından sonra o, 2-3 il ərzində digər bu cür cihazlardan hesablama gücü məsələsində daha üst səviyyədə olacaq. Son məlumatlara əsasən Apple öz qarışıq reallıq cihazını bu ilin dördüncü rübündə təqdim edəcək.

 

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap