AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı çapdan çıxıb

26.01.2022 /

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayı əsasən şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfərinə həsr olunub. “Zəfər” rubrikasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı, Şərqşünaslıq İnstitutunda Zəfər Günü ilə bağlı, həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumatlar təqdim edilir. Rubrikada akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Respublikasının Şərq siyasəti”, elmlər doktorları Solmaz Rüstəmova-Tohidinin “Böyük Qələbəyə tarixi baxış”, Dünyamalı Vəliyevin “Qalib Azərbaycan inkişaf etmiş cəmiyyət mərhələsində: nailiyyətlər, problemlər, perspektivlər”, fəlsəfə doktorları Səməd Bayramzadənin “Tarixi Zəfərin qazanılmasında Azərbaycan diplomatiyasının rolu”, Məmmədəli Babaşlının “Azərbaycanın tarixi zəfərində elm və təhsil amilinin rolu”, Namiq Məmmədovun “Şanlı zəfərin möhkəm təməli: müstəqil Azərbaycanın iqtisadi inkişafı və uğurları”, həmçinin Pərviz Ağayevin “Müstəqillik illərində hərbi quruculuq və müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri” məqalələri oxucuların diqqətinə çatdırılır.

“Zəfər” rubrikasında, həmçinin II Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş şərqşünas alimlər barədə yazı və s. materiallar təqdim edilir.

Jurnalda Azərbaycan-Yaponiya, Koreya-Azərbaycan, Rusiya-Çin münasibətlərinə, Məcdüssəltənə Cəmşid xan Qasımlı-Avşara, Mirzə Ələkbər Sabirin Cənubi Azərbaycan şeirinə təsirinə həsr olunmuş elmi məqalələr yer alır. İnstitutda nəşr olunan yeni kitablar, keçirilən tədbirlər, əməkdaşların iştirak etdikləri beynəlxalq konfranslar barədə məlumatlar verilir.

 

science.gov.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap