AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb

26.01.2022 /

Bakı Dövlət Universitetinin (BDU) nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaq, bir sözlə, təhsil, elm və sənayeni uzlaşdırmaq məqsədilə yaradılan mərkəzdə ümumilikdə 9 laboratoriyada 70-dən çox tədqiqatçı fəaliyyət göstərəcək.

Mərkəzdə yaradılacaq yeni sənayeyönümlü laboratoriyalarda tədqiqatçılar – alimlər, tələbələr, magistrant və doktorantlar, eləcə də sənayedə çalışan peşəkar mütəxəssislər sənaye və biznes sektorları üçün yeni həllər işləyib hazırlayacaq, elm və təhsil sektorunu sənaye və biznes dünyasına daha da yaxınlaşdıracaqlar.

Mərkəzin əsas ilkin hədəfi sənaye sektorları – neft və qaz sənayesi, mədənçilik, kənd təsərrüfatı və qida təhlükəsizliyidir. Tədqiqat istiqamətləri isə nanotexnologiyalar, molekulyar biologiya və virusologiya, biotexnologiya, sənaye kimyası, analitik kimya, ekologiya, Yer elmləri, astrokosmik və atmosfer elmləri, həmçinin rəqəmsal tədqiqatlardır. Qeyd olunan sahələrdə bir sıra layihələrin icrasına artıq başlanılıb.

Hazırda ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir sıra müəssisələr laboratoriya ölçmələrini ölkə hüdudlarından kənarda aparmağa məcburdur. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi kimi qurumların sayəsində isə bunu Azərbaycanda da həyata keçirmək mümkün olacaq. Mərkəzin fəaliyyəti nəticəsində tədqiqatçılar beynəlxalq standartlara cavab verən yeni mühitdə fəaliyyət göstərəcək, beynəlxalq təcrübədən yararlanacaqlar. Mərkəzdə yeni nəsil tədqiqatçılar üçün geniş imkanlar yaradılacaq.

Azərbaycanda ilk dəfə yaradılan bu tipli mərkəzin əsas xüsusiyyətlərindən biri də onun təkcə BDU-nun tələbə və əməkdaşları üçün deyil, ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları, istedadlı tələbələri üçün açıq olmasıdır.

Mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə əməkdaşlıq çərçivəsində innovativ həllər üçün qarşılıqlı maraq əsasında dövlət, özəl və sənaye sektoru arasında tərəfdaşlığın inkişaf etdirilməsinə dəstək verəcək. Bunun üçün tələbələr və gənc tədqiqatçılar arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə BDU-da KOBİA-nın dəstəyi ilə İnkubasiya və Akselerasiya Kolabı da təşkil ediləcək.

BDU-nun təsis etdiyi “BUİLD” Məhdud Məsuliyyətli Cəmiyyəti texnologiya transfer ofisi kimi mərkəzin infrastrukturundan gənclərin faydalanması, özəl sektorla universitet arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, startaplar və biznes ideyaları üzrə “nəzəriyyədən biznesə” prinsipinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir.

azertag.az

 

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap