AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süni zəka SARS-CoV-2-yə bənzər 100 000 yeni virus aşkar edib

04.02.2022 /

Aşkar edilmiş 130.000 yeni virusun böyük hissəsi SARS-CoV-2-yə, bir hissəsi Hepatit D-yə, bir hissəsi isə digər növ RNT viruslara bənzəyir. Alimlər Serratus adlı xüsusi platformanın köməyi ilə petabaytlarla həcmli genom ardıcıllıqlarını analiz edərək irimiqyaslı iş görüblər. Onların reallaşdırdıqları bu tədqiqat patogenlərin (canlı orqanizmdə patoloji vəziyyət yarada bilən istənilən mikroorqanizm) öncədən araşdırılmasına imkan verəcək. Bu isə öz növbəsində gələcəkdə ola biləcək yeni virus epidemiyalarının nəticələrini yüngülləşdirməkdə yardımçı olacaq. İndiyənə kimi alimlər 13.500 ədəd RNT virus barəsində məlumata sahib idilər. Lakin beynəlxalq alimlər qrupu tərəfindən aparılmış tədqiqat nəticəsində bu göstərici 130.000 ədəd RNT virusa yüksəlib.

Böyük həcmli məlumatların öhdəsindən gəlmək üçün alimlər Serratus adlı xüsusi platformadan istifadə ediblər. Bu, bulud hesablamaları üzrə genişmiqyaslı infrastrukturdur. Sözügedən platforma 16 petabayt həcmində olan genom ardıcıllıqlarını analiz etməyə imkan verib. Qeyd etmək lazımdır ki, 1 petabayt kvadrilyon baytdan ibarətdir. Serratus platformasının əsasında RNT virusların yığılması ilə məşğul olan sistem dayanır. Bu sistem 2020-ci ilin yay fəslində Peterburqdan olan alimlər tərəfindən yaradılıb. Sözügedən sistem təkcə koronavirus tərzində olan virusları deyil, həmçinin digər növ virusların aşkar edilməsində də istifadə edilir.

Alimlərin aparmış olduqları tədqiqat nəticəsində SARS-CoV-2-yə bənzər çoxlu sayda koronavirus və Hepatit D-yə bənzər çoxlu sayda virus aşkar edilib. Məlumatda qeyd edilib ki, aşkar edilmiş yeni RNT virusların heç də hamısı insanlar üçün təhlükə mənbəyi deyil. Lakin onların öncədən araşdırılması potensial təhlükəli virusların aşkar edilməsində yardımçı olacaq. Bu isə ola biləcək yeni virus pandemiyalarının nəticələrini yumşalda bilər. Bununla belə sözügedən tədqiqatın müəllifləri təkcə bu virusların araşdırılması ilə yetinmək niyyətində deyillər və bu onilliyin sonuna kimi 100 milyon RNT virusun identifikasiya edilməsini planlaşdırırlar.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap