AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər aşkar ediblər

04.02.2022 /

Aparılmış yeni tədqiqat çərçivəsində insan ciftində və hətta yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər (plastik materialların kiçik hissəcikləri) aşkar edilib. Aparılmış tədqiqatın nəticəsi onu göstərir ki, uşaqların mikroplastikləri udmalarının qarşısını almaq demək olar mümkün deyil. Bu prosesin hələ onların ana bətnində olduqları bir vaxtda baş verdiyini nəzərə alsaq, mövcud problemin ciddiliyini anlamaq elə də çətin olmaz. Alimlərin fikirlərinə əsasən mikroplastiklər böyüklərdən daha çox uşaqlar üçün ciddi təhlükə mənbəyi daşıyırlar.

 “Ola bilsin ki, uşaqlar böyüklərdən fərqli olaraq mikroplastiklərin təsirlərinə daha çox məruz qalırlar. Heç kim uşaqların hansı miqdarda mikroplastikləri udduqlarını söyləyə bilməz. Lakin aparılmış bir neçə tədqiqat nəticəsində məlum olub ki, uşaqlar mikroplastikləri hələ ana bətnində olduqları zaman udmağa başlayırlar. Bu isə çox narahatedici məsələdir” - deyə mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqatın nəticəsi dünyada yayılan mikroplastiklərin miqyasını və onların daşıdıqları potensial təhlükəni təsdiqləyir. Mikroplastiklərin uşaqların sağlamlıqlarına necə təsir göstərdikləri barəsində hələ yetəri qədər araşdırma aparılmayıb.

“Balaca uşaqlarda immun sistemi inkişaf mərhələsində olur. Bundan əlavə olaraq balaca uşaqlar beynin inkişafı üzrə vacib mərhələdə olurlar. Məhz bu faktorlar uşaqları bir çox şeyə qarşı həssas edirlər” - deyə mütəxəssislər əlavə ediblər. Mütəxəssislər ümid edirlər ki, onların aparmış olduqları tədqiqatların nəticələri həkimlərə, alimlərə və valideynlərə müasir uşaqların mikroplastiklərdən necə qorunmaları üsullarını tapmaqda yardımçı olacaqlar. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, bu riskdən tamamilə yayınmaq mümkün deyil. Ev tozunda və qida məhsullarında mövcud olan mikroplastiklər də daxil olmaqla bir çox faktor bu cür qorunmanı mümkünsüz edir. Buna baxmayaraq bəzi tədbirlərin görülməsində fayda var. Mütəxəssislər valideynlərə plastik materiallarla qarşılıqlı əlaqədə olan qida məhsullarını öz övladları üçün məhdudlaşdırmağı və evlərdə daimi şəkildə nəm təmizləmə aparmağı məsləhət görürlər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap