AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər

09.02.2022 /

Astronomlar təkamülünün sonuna gəlmiş ulduzların ətrafında planetlərin əmələ gəlməsini aşkar ediblər. Planetlər cavan ulduzların ətrafındakı protoplanet disklərində yaranırlar. Lakin son tədqiqatlar göstərib ki, bu cür disklər həm də sönmək üzrə olan ulduzların da ətrafında formalaşa bilər.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tipli ulduzlar həyatlarının sonunda örtükləri genişlənərək qırmızı nəhəngə çevrilir və planetlərini məhv edirlər. Hidrogeni tükənən ulduzun heliumu yanmağa başlayır və ulduzun üst qatlarının atması ilə nəticələnir.

Bu faza ifratnəhənglərin asimptodik qolu (AGB - Asymptotic Giant Branch) adlanır və bu planet formalaşması üçün heç də yaxşı mühit hesab olunmurdu. Lakin son onillikdə alimlər belə hesab edirlər ki, bəzi hallarda bu fazada planetlərin ikinci nəslinin yaranmasına səbəb ola biləcək yeni diskin formalaşması mümkündür.

Bu tədqiqat işinin ilkin müşahidə materiallarının analizinin nəticələri “Astronomy and Astrophysics” jurnalında dərc olunub.

Tədqiqat işində bizim Qalaktikada yerləşən 85 post-AGB mərhələsində olan qoşa sistemlər tədqiq edilib. Nəticələrə əsasən, post-AGB mərhələsində tədqiq olunmuş ulduzların təxminən 10%-i planet formalaşması mümkün olan qaz və toz diskləri ilə əhatə ediliblər.

Astronomlar bu sistemlərin AGB mərhələsindən necə belə qısa müddətdə çıxdıqlarını tam izah edə bilmirlər. Ətraf fəzaya yayılmalı olan material ikinci ulduzun qravitasiyası tərəfindən tutularaq sistemin ətrafında yeni yaranan ulduzlarda olduğu kimi parlaq, isti və fırlanan qaz diski yaradır. Tədqiqat qrupu bu disklərin birbaşa şəklini ala bilməsə də, infraqırmızı diapazondakı şüalanmalarına əsasən onları öyrənmək mümkün olub. Həmin 10% ulduzlarda disklərin müqayisədə daha zəif olmaları, toz elementi – dəmirin miqdarının az olması kimi faktorlar yeni yaranmış ulduzlarda, diskdə planet əmələ gəlməsinə işarə edən amillərdir. Eyni fiziki halın təkamülünün son mərhələsinə gəlmiş ulduzlarda da müşahidə olunması çox düşündürücüdür.

Bu disklərdə yerləşən planetlərin birinci yaxud ikinci nəsil olması məsələsi şübhəli qalır. Çünki nəzəriyyəyə əsasən, ulduzların post-AGB mərhələsində olduqları zaman periodu (bir neçə 10 min il) planet formalaşması üçün kifayət deyil. Ona görə də hesab olunur ki, bu planetlər AGB mərhələsindən sonra salamat qalmış birinci nəsil planetlərdir. Ancaq birinci nəsil planetlər ikinci nəsil planetlərin əmələ gəlməsinə zəmin yarada, diskin bir bölgəsində toz yığılmasını təmin edərək, bir planetin qartopu (maddə toplama) prosesinə səbəb ola bilər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap