AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər ilk dəfə kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəlik aşkar ediblər

09.02.2022 /

Adətən ulduz kütləli qara dəlikləri yalnız ikili ulduz sistemlərində aşkar etmək mümkündür. Lakin alimlər ilk dəfə olaraq kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəlik aşkar ediblər. Bundan əlavə olaraq onlar aşkar edilmiş bu qara dəliyin kütləsini və ölçüsünü təyin ediblər. Alimlərin fikirlərinə əsasən Süd Yolu qalaktikasında bu cür kosmik obyektlərin sayı çox ola bilər. İndiyənə kimi Süd Yolu qalaktikasında aşkar edilmiş ulduz kütləli qara dəliklər öz kosmik partnyorları ilə qravitasiya əlaqəsində olublar.

Bu cür kosmik obyektlər qismində adətən neytron ulduzlar çıxış edirlər. Aparılmış tədqiqatlar nəticəsində alimlər təyin ediblər ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəliyin kütləsi Günəşin kütləsindən təqrib olaraq 7.1 dəfə böyükdür və o, kosmik məkanda saatda 162.000 km sürətlə hərəkət edir. Sözügedən qara dəlik Yer kürəsindən təqribi olaraq 5150 işıq ili uzaqlığındadır.

“Biz düşünürük ki, bizim qalaktikamızda ulduz kütləli 100 milyon qara dəlik mövcud ola bilər. Onların kütlələri Günəşin kütləsindən sadəcə bir neçə dəfə böyükdür. İndiyənə kimi bu cür qara dəlikləri onların kosmik partnyorları ilə olmuş qarşılıqlı əlaqə hesabına aşkar etmək mümkün olmuşdu. Biz ilk dəfə olaraq müstəqil şəkildə mövcud olan ulduz kütləli qara dəliyi aşkar etdik və bizim fikirlərimizə əsasən Süd Yolu qalaktikasında bu cür qara dəliklərin sayı daha çoxdur” - deyə alimlər qeyd ediblər.

Alimlər bildiriblər ki, müstəqil şəkildə mövcud olan ulduz kütləli qara dəliyi Hubble teleskopu vasitəsilə aşkar etmək mümkün olub. Bunun üçün alimlər qravitasiya linzasından istifadə ediblər. Qravitasiya linzası dedikdə yüksək kütləli kosmik obyekt nəzərdə tutulur. Həmin obyekt öz qravitasiya gücü hesabına elektromaqnit şüalanmasını təhrif edir. Beləliklə aşkar edilmiş qara dəlik öz qravitasiya gücü hesabına fon ulduzlarının işıqlarını təhrif edib və alimlər bunun hesabına onu aşkar ediblər. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap