AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər

09.02.2022 /

İnsan təmiz gecə səmasında 6000-ə yaxın ulduz görə bilər. Lakin bu, mövcud olan bütün ulduzların ümumi sayının çox kiçik bir hissəsidir. “Ulduzların çoxu elə uzaq məsafədə yerləşirlər ki, biz onları görə bilmirik. Buna baxmayaraq alimlər kainatda mövcud olan ulduzların ümumi sayının təyin olunması üçün üsul tapıblar” - deyə mütəxəssislər qeyd ediblər. Kainatda ulduz qruplarından, planetlərdən, qazdan və tozdan ibarət qalaktikalar mövcuddu. Yer kürəsi spiral formasında olan Süd Yolu qalaktikasında yerləşir. Kainatda fərqli formaya sahib qalaktikalar da mövcuddur. Məsələn onlar elliptik formaya sahib ola bilərlər. Kainatda mövcud olan ulduzların ümumi sayını təyin etmək üçün ilk öncə mövcud qalaktikaların ümumi sayını təyin etmək lazımdır. Məlumata əsasən astronomlar səmanın böyük olmayan hissələrinin detallı fotolarını çəkirlər və həmin fotolarda əks olunmuş qalaktikaların saylarını təyin edirlər.

Əldə edilmiş ümumi say bütün səmanı əks etdirmək üçün lazım olan fotoların ümumi sayına vurulur. Hesablamalara əsasən kainatda 2 trilyon qalaktika mövcuddur. Lakin alimlər mövcud olan 2 trilyon qalaktikada hansı sayda ulduzun olduğunu bilmirlər. Həmin ulduzların çox hissəsi o qədər uzaq məsafədə yerləşir ki, onları müşahidə etmək qeyri-mümkündür. Lakin alimlər Süd Yolu qalaktikasında olan ulduzların ümumi sayını təqribi olaraq təyin edə bilərlər. Süd Yolu qalaktikasındakı ulduzlar müxtəlif ölçülərə və rənglərə sahibdirlər. Məsələn bizim Günəş ağ rəngə, orta kütləyə və orta ölçüyə sahibdir və onun temperaturu 15 milyon dərəcə Selsi təşkil edir. Yüksək kütləyə və temperatura sahib olan ulduzların əksəriyyəti mavi rəngdə olur.

Buna misal olaraq Lira bürcündəki Veqa ulduzunu gətirmək olar. Kiçik kütləyə və temperatura sahib ulduzlar adətən qırmızı rəngdə olurlar. Buna misal olaraq Proksima Sentavr ulduzunu gətirmək olar. Qırmızı, ağ və mavi ulduzlar müxtəlif sayda işıq şüalandırırlar. Şüalanan işığı, onun parlaqlığını və rəngini ölçməklə alimlər Süd Yolu qalaktikasında hansı sayda ulduzun mövcud olduğunu təyin edə bilərlər. Bu üsul ilə alimlər təyin ediblər ki, Süd Yolu qalaktikasında təqribi olaraq 100 milyard ulduz mövcuddur. Süd Yolu qalaktikasını model rolunda istifadə edərək biz, orta statistik qalaktikada mövcud olan ulduzların ümumi sayını (100 milyard ulduz) kainatdakı qalaktikaların ümumi sayına vura bilərik. Beləliklə məlum olur ki, kainatda 200 sekstilyon (200 000 000 000 000 000 000 000) ulduz mövcuddur. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap