AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yenilənmiş Windows Media Player-in ilk fotoları təqdim edilib

09.02.2022 /

Microsoft şirkəti Windows 11 üçün nəzərdə tutulmuş yeni Windows Media Player-in beta testinə start verib. Əməliyyat sisteminin ənənəvi sistem playerinin yeni versiyası Windows 11 dizaynında reallaşdırılıb və bir sıra faydalı funksiya əldə edib. Beləliklə yeni Windows Media Player həm tam ekran rejimində həm də kiçik ekran rejimində əks oluna bilər. Kiçik ekran rejimində əks olunan zaman player işə salınmış musiqi albomunun fotosunu əks etdirəcək. Player-in sahib oluğu daha bir yeni özəllik ondan ibarətdir ki, o, picture-in-picture rejimini dəstəkləyir. Bu rejim həm videolar həm də musiqilər üçün nəzərdə tutulub. Nəticədə istifadəçi kompüterdə digər əməliyyatları yerinə yetirən zaman picture-in-picture funksiyası sayəsində Media Player-in pəncərəsi aktiv şəkildə qalacaq.

Yeni player öz kitabxanasına kompüterdə mövcud olan bütün media kontenti daxil edir. Player tez bir zamanda video və musiqini işə sala, oynadılacaq kontentlərin siyahısını tərtib edə bilir. Bundan əlavə olaraq əgər istifadəçinin musiqi kolleksiyası Microsoft-un Groove Music servisindədirsə, onların hamısı avtomatik olaraq Windows Media Player-ə inteqrasiya ediləcəklər. Məlumatda qeyd edilib ki, istifadəçi həmçinin klassik Windows Media-dan da istifadə edə biləcək. O, Start menyusundakı Windows Tools adlı qovluqda yerləşir. Yenilənmiş Windows Media Player hal hazırda Windows-un ilkin qiymətləndirilməsi proqramına daxil olan iştirakçılar tərəfindən istifadə edilə bilər. Onun bütün istifadəçilər üçün nə zaman təqdim ediləcəyi barəsində məlumat daha sonra veriləcək.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap