AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

11.02.2022 /

BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edilib. Günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxarır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmin sahələrinin inkişafında iştirakını gücləndirməyin vacibliyini xatırladır.

Bu əlamətdar gün 2022-ci ildə “Bərabərlik, müxtəliflik və inklüzivlik: Su bizi birləşdirir” mövzusuna həsr olunub.

BMT-nin Baş katibi Antonio Quterreş “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, hazırda dünyada elm və texnologiya sahəsində çalışan hər üç tədqiqatçıdan yalnız biri qadındır. Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına və uğur qazanmasına mane olur. COVID-19 pandemiyası gender bərabərsizliyini daha da gücləndirib, məktəblərin bağlanmasına, zorakılığın və evdə qulluq yükünün artmasına səbəb olub. Bu bərabərsizlik dünyamızı istifadə olunmamış nəhəng istedad və innovativ potensialdan məhrum edir. Qadınların fikrini nəzərə almadan biz elm və texnologiyanı bütün insanlar üçün işlədə bilmərik.

Sinif otaqlarını texnologiya, fizika, mühəndislik, riyaziyyat üzrə təhsil alan qızlarla dolduracaq strategiyalar qəbul edərək, laboratoriyalarda, elmi-tədqiqat institutlarında və universitetlərdə qadınlara inkişaf və liderlik imkanları təmin etmək üçün məqsədyönlü addımlar ataraq, elmdə qadınlara qarşı ayrı-seçkiliyə və stereotiplərə son qoymaq əzmini nümayiş etdirərək tədbirlər görməliyik. Bütün bunlar süni intellekt kimi mühüm bir sahədə xüsusilə aktualdır.

BMT-nin Baş katibi Antonio Quterreş müraciətində vurğulayıb ki, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günündə hər kəsi qadınların öz həqiqi potensialına çata bildiyi bir mühit yaratmağa çağırır.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir - 100 faizə yaxındır. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər də ürəkaçandır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap