AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Günəşə ən yaxın olan ulduz sistemində yeni planet kəşf edilib

15.02.2022 /

Alimlər Günəş sisteminə ən yaxın olan Proksima Sentavr adlı ulduz sistemində yeni planeti kəşf ediblər. Kəşf edilmiş yeni planet Proksima d adını əldə edib. Proksima d planeti Proksima Sentavr ulduzu ətrafında dövr edən üçüncü planetdir və sözügedən ulduz sistemində aşkar edilmiş planetlər arasında ən aşağı kütləyə sahib planet hesab edilir. Mütəxəssislərin əldə etdikləri məlumatlara əsasən sözügedən planet öz ulduzundan 4 milyon kilometr məsafədə dövr edir. O, ulduz ətrafında tam dövrü 5 günə reallaşdırır. Bununla belə onun orbiti yaşayış zonasının (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daxili sərhədlərindən kənarda yerləşir.

Proksima d-nin kütləsi Yer kürəsinin kütləsinin 1/4 hissəsinə bərabərdir. Lakin buna baxmayaraq onun kütləsi Mars planetinin kütləsindən daha yüksəkdir. Yer kürəsindən Proksima d-yə qədər olan məsafə 4 işıq ili təşkil edir. Mütəxəssislər yeni planeti Proksima Sentavr ulduzunun hərəkətindəki kiçik dəyişikliklərin hesabına kəşf ediblər. Həmin dəyişikliklər qravitasiya cazibəsi ilə əlaqəlidirlər. Proksima d öz ulduzu ətrafında dövr edən zaman qravitasiya cazibəsi yaranır. Qeyd etmək lazımdır ki, Proksima Sentavr ətrafında Proksima d-dən əlavə iki ekzoplanet də dövr edir. Onlardan biri Yer kürəsinə bənzəyir və yaşayış zonasında yerləşir. Həmin planet ulduz ətrafında tam dövrü 11.2 günə reallaşdırır. Digər planet isə ekzoplanet sinifinə namizəddir və ulduz ətrafında tam dövrü 5 ilə reallaşdırır.

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap