AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Günəş sistemi daxilində hansı sayda planetin yerləşə biləcəyi barəsində məlumat veriblər

15.02.2022 /

Məlumdur ki, bizim Günəş sistemimiz 8 planetdən ibarətdir. Pluton artıq uzun müddətdir ki, planet statusundan çıxarılıb və o, cırtdan planet sinifinə daxil edilib. Hal hazırda alimlər müxtəlif planetlərdən ibarət 812 ədəd sistem barəsində məlumata sahibdirlər. Həmin sistemlər 3 və 3-dən daha çox planetə sahibdirlər. Təkcə Kepler-90 adlı sistemdə 8 planet mövcuddur. Lakin bu cür say göstəricisi ulduz sistemi üçün limit göstəricidirmi? Alimlərin sözlərinə əsasən bu, limit göstərici deyil. Lakin bu hələ ki, sadəcə olaraq nəzəriyyədir. Alimlər bildiriblər ki, ulduz sistemində təbii yol ilə məhz 8 planet yarana bilər. Lakin hansısa üsul ilə yeni ulduz sistemi yaratmaq mümkün olsaydı, onun daxilində 1000 ədəd planet mövcud ola bilərdi.

    Nəzəri cəhətdən bunu yüksək inkişaf səviyyəsinə sahib sivilizasiya etmiş ola bilər. Lakin Bordo Astrofizika Laboratoriyasının astronomu olan Sean Raymond bu cür nəzəri Günəş sistemi modelini yaradıb. Onun yaratmış olduğu nəzəri model real Günəş sisteminin daxilində olan planetlərin sayından 1000 dəfə daha çox planeti saxlaya bilir. “Günəş sistemində hansı sayda planetin mövcud ola biləcəyi məsələsində bir çox faktoru nəzərə almaq lazımdır” - deyə Raymond qeyd edib.

Nəzərə alınan faktorlar arasında ulduzun ölçüsü, planetlərin növləri, onların istiqamətlənmə orbitləri, ulduzun yaranmasından sonra qalan maddənin miqdarı və s. var. Təbii ki, planetar sistemin stabil forma əldə etməsi üçün o, milyonlarla il təkamül prosesindən keçməlidir.

    Raymond-un sözlərinə əsasən əgər insan sivilizasiyası yüksək inkişaf səviyyəsinə sahib sivilizasiya olsaydı, nəzəri cəhətdən biz yeni texnologiyalar vasitəsilə öz Günəş sistemimizi daha çoxlu sayda planetlə təmin edə bilərdik. Raymond tərəfindən yaradılmış nəzəri Günəş sistemində planetlərin yaradılması üçün nəzərdə tutulmuş maddənin miqdar limiti mövcud deyil. Əsas məsələ ondan ibarətdir ki, bu planetlər Günəş ətrafında dövr edən zaman bir-birilərinə mane olmasınlar. “Əsas məsələ planetlərin orbitləri kəsişməməlidir. Bununla yanaşı stabil planetar sistemin mövcudluğu üçün onlar öz aralarında kifayət qədər məsafəyə sahib olmalıdırlar” - deyə Raymond qeyd edib.

    Stabil planetar sistemdə müxtəlif planetlərin orbitləri arasındakı təhlükəsiz məsafə hər bir planetin ölüçüsündən asılıdır. Belə ki, böyük ölçülü planet kiçik ölçülü planetə qravitasiya təsiri göstərəcək. Buna görə də Yer kürəsi ilə Mars orbitləri arasındakı məsafə Mars ilə Yupiter orbitləri arasındakı məsafədən təqribi olaraq 7 dəfə kiçikdir. Bu səbəbdən də Günəş sisteminin  daxilində yerləşə biləcək orbitlərin sayı əsasən planetlərin ölçülərindən asılıdır. Nəticədə Günəş sisteminin daxilində çoxlu sayda planetin olması üçün həmin planetlərin ölçüləri böyük olmamalıdırlar.

Raymond-un sözlərinə əsasən Günəş sistemi daxilindəki orbitlərin sayını artırmaq olar. Bunun üçün Günəş ətrafında dövr edən yeni planetlərə müxtəlif hərəkət istiqaməti təyin edilməlidir.

    Əgər planetlər Günəş ətrafında əks istiqamətdə dövr etsəydilər, onlar arasındakı qravitasiya gücü və onların orbitləri arasındakı minimal təhlükəsiz məsafə daha kiçik olacaqdı. Günəş sistemində planetlərin sayını daha da artırmaq üçün bir neçə planeti eyni orbitdə yerləşdirmək olar. Alimlər güman edirlər ki, bu cür ehtimal bizim kainatda mümkündür. Lakin bu cür ehtimala sahib planetar sistemlər hələ aşkar edilməyib. Tədqiqatlardan birində alimlər güman ediblər ki, ulduz ətrafında bir orbitdə Yer kürəsi ölçüsündə 42 ədəd planet yerləşə bilər. Bir qayda olaraq planetlərin ölçüləri nə qədər kiçikdirlərsə, bir orbitdə onların sayı bir o qədər çox ola bilər. Raymond-un sözlərinə əsasən bu cür hal çox güman ki, təbii yol ilə baş verə bilməz. Lakin söhbət, planetlərin süni şəkildə yaradılmasından gedirsə, nəzəri model bunun mümkün olduğunu göstərir.

    Raymond tərəfindən yaradılmış nəzəri Günəş sistemi modelində əgər Yer kürəsi ölçüsündəki planetləri Günəş ətrafında yerləşdirməli olsaq, Günəş sistem daxilinə 57 orbit sıxışdırmaq olar. Hər bir orbitdə isə 42 ədəd planet olsa, nəticədə Günəş sistemi 2394 ədəd planetə sahib olar. Əgər Yer kürəsindən 10 dəfə kiçik ölçüdə olan planetləri Günəş ətrafında yerləşdirməli olsaq, Günəş sistemi daxilində 121 orbit yaratmaq olar və hər bir orbitdə 89 ədəd planet olsa, Günəş sistemi 10.769 ədəd planetə sahib olar. Əgər Günəş ətrafında yerləşdirilən planetlərin ölçüləri Yer kürəsinin ölçüsündən 100 dəfə kiçik olarsa, Günəş sistemi daxilində 341 orbit yaratmaq olar. Hər bir orbitdə isə 193 ədəd planet yerləşdirsək, Günəş sistemi ümumilikdə 65.813 ədəd planetə sahib olacaq.

 

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap