AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avstraliyanın rəmzi hesab edilən koalalar məhv olma təhlükəsi qarşısındadırlar

15.02.2022 /

Avstraliyada koalaları məhv olma təhlükəsi qarşısında qalan heyvanlar siyahısına rəsmi olaraq daxil ediblər. 2019-2020-ci illərdə baş vermiş meşə yanğınları, müxtəlif tikinti layihələri üçün meşələrin məhv olunması, kənd təsərrüfatı və müxtəlif xəstəliklər səbəbilə koalaların sayı 2021-ci ildə 92.000-ə enib. Qeyd etmək lazımdır ki, 2001-ci ildə onların sayı 185.000 təşkil edirdi. Bu neqativ tendensiya hələ də özünü qoruyub saxlayır. Avstraliyanın təbiət qoruyucuları bildiriblər ki, koalaların sayı Avstraliyanın şərqi ştatlarında kəskin şəkildə azalıb və bu heyvanlar məhv olma təhlükəsi qarşısındadırlar.

    Avstraliya hökuməti öz növbəsində koalaların qorunmaları və onlar üçün nəzərdə tutulmuş təbii yaşama yerlərinin bərpa olunması üçün 36 milyon dollar vəsait ayırıb. Lakin ekoloqların fikirlərinnə əsasən hökumət koalaların məhv olmalarının qarşısını almaq üçün lazımi sayda tədbir görmür. “Son 10 il ərzində koalalar həssas növ statusundan məhv olma qarşısında duran növ statusuna keçid ediblər. Onların qorunmaları üçün daha sərt qanunlar lazımdır” - deyə ekoloqlar qeyd ediblər.

    Təbiət qruyucularının hesablamalarına əsasən son 20 ildə koalaların sayı 2 dəfə azalıb. Əgər indidən koalaların qorunmaları üzrə ciddi tədbirlər görülməsə, 2050-ci ilə kimi bu heyvanlar tamamilə məhv olacaqlar. Məlumata əsasən son illər ərzində Avstraliya hökuməti koalaların yaşadıqları 25.000 hektar ərazili meşəni məhv edib. Mütəxəssislərin fikirlərinə əsasən müxtəlif tikinti layihələri və kənd təsərrüfatı üçün meşələrin məhv edilməsinin dayandırılması sayəsində koalaları xilas etmək mümkündür.

 
technote.az
 

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap