AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Xocalı soyqırımı - tariximizin unudulmayan acı həqiqəti

25.02.2022 /

AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, 1992-ci il fevralın 26-da erməni vəhşi birləşmələri bəşər tarixində bənzəri olmayan, yeni bir genosidi – Xocalı soyqırımını həyata keçirdilər. Ümumiyyətlə, fitnəkar olan bu toplum yarandığı gündən bu günə qədər yaşadıqları hər yerdə millətçi-şovinist ideyalarından, məkrli niyyətlərindən, vəhşiliklərindən əl çəkməmiş, qətillər, soyqırımlar törətmiş, terrorçuluqla məşğul olmuşlar. Xocalı faciəsi də ermənilərin Azərbaycana qarşı apardığı məkrli siyasətin, müharibənin tərkib hissəsi idi. Xocalı faciəsi ermənilərin törətmiş olduğu digər faciələrdən dəhşətinə, vəhşiliyinə və qəddarlığına görə fərqlənirdi. Bu hadisələr zamanı Xocalı şəhəri demək olar ki, dağıdıldı, 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü.

Diqqətə çatdırılıb ki, məhz ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Son illərdə isə Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü iş aparır.

Vurğulanıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Sonda bildirilib ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı dünya ictimaiyyəti tərəfindən öz ədalətli, beynəlxalq siyasi-hüquqi qiymətini alacaqdır!

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap