AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar’’ müsabiqəsinə qeydiyyat aparılır

11.02.2022 /

"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək "Aqrar texnologiyalar" (AgroTech) müsabiqəsində iştirak edən tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.

Məlumat üçün bildiririk ki, "TEKNOFEST" Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 - 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən "TEKNOFEST"in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Festivalın ən maraqlı müsabiqələrindən biri olan "AgroTech"in keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.

Son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.

"AgroTech" müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28

[email protected]

 milli.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap