AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı Azərbaycan alimləri üçün geniş innovativ imkanlar yaradır

03.03.2022 /

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında 26-29 may 2022-ci il tarixində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında FRTEB-in elmi müəssisələrinin iştirakı haqqında çıxış edib.

Akademik texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “Teknofest Azərbaycan” festivalının ölkəmizdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Teknofest Azərbaycan”da nəzərdə tutulan iştirakı bu festivalın böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir. 

FRTEB-in elmi müəssisələrinin bu mötəbər tədbirdə iştirakının zəruriliyi məsələsinə toxunan akademik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Teknofest Azərbaycan”da AMEA üçün xüsusi pavilyonun ayrıldığını diqqətə çatdırıb. 

AMEA-nın vitse-prezidenti festival çərçivəsində FRTEB-in institut və təşkilatlarının gənc startaplara dəstək göstərməsi, orta məktəb şagirdlərinin AMEA-nın müvafiq laboratoriyaları ilə tanışlığının təşkil edilməsi, alimlərin texnologiyalara dair çıxışlar, təqdimatlar etməsinin əhəmiyyətindən danışıb.

Akademik AMEA Yüksək Texnologiyalar Parkının ən son texnoloji məhsullarının həmin festivalda nümayişinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Sonda R.Əliquliyev əlavə edib ki, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında AMEA-nın elmi potensialı yüksək səviyyədə təmsil olunmalı, xüsusilə FRTEB-in elmi müəssisələri və alimləri yaxından iştirak etməlidirlər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap