AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

EaPEC 2022 konfransının ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinə olan etimadın göstəricisidir

09.03.2022 /

Bakıda EaPEC 2022 (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək. 

Bu barədə AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev sözügedən tədbirə hazırlıqla bağlı keçirilən onlayn müşavirədə məlumat verib. Konfransın tədbirlər planını təqdim edən məruzəçi qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan bu tədbirin cari il 28-29 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur: “Konfrans Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi məqsədini daşıyır”.

B.Nəbiyev  EaPEC 2022 təşkilat komitəsinin GEANT Asossiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, konfransın təşkili ilə bağlı görülmüş işlər, sessiya mövzuları, Azərbaycan tərəfindən iştrakçıların və mövzuların müəyyənləşdirilməsi, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati və texniki xarakterli məsələlər barədə məlumat verib.

O, həmçinin konfransa hazırlıq işləri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən təşkilatçı şirkətlərlə danışıqlar aparıldığını, GEANT tərəfindən müxtəlif şirkətlərə məlumatların göndərildiyini, Azərbaycanda tədbirlərin keçirilə biləcəyi potensial məkanların müəyyənləşdirildiyini diqqətə çatdırıb. Konfrans çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “workshop”ların keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək EaPEC 2022 konfransına hazırlıqla bağlı təklif və tövsiyələrini irəli sürüb.

“Belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsi Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisidir”, - deyən R.Əliquliyev “EaPEC 2022-nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib.

“EaPEC 2022 Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək”, - deyə R.Əliquliyev konfransın əhəmiyyətini vurğulayıb.

Akademik Azərbaycanın aparıcı alim və mütəxəssisləri, xüsusilə rəhbərlik etdiyi elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların bu konfransda fəal iştirakının ölkəmizdə əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından da son dərəcə vacib olduğunu qeyd edib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap