AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək

10.03.2022 /

Kütləvi informasiya vasitələri Çinin kosmik sahə üzrə təmsilçilərinə istinadən xəbər veriblər ki, gələcəkdə Ayda reallaşdırılacaq baza üçün hazırlıqlara 2024-cü ilə qədər start veriləcək. Həmin vaxta kimi Çinin “Chang’e” adlı kosmik proqramının növbəti mərhələsi başlamalıdır. Qeyd etmək lazımdır ki, bu kosmik proqram çərçivəsində Ayın Cənub qütbündə 3 ədəd avtonom stansiya quraşdırılmalıdır. Quraşdırılacaq stansiyalar faydalı resursların və o cümlədən suyun axtarışı ilə məşğul olacaqlar. Su olmadan Ayda bazanın yaradılması haqqında danışmaq mənasızdır. Bu ilin yanvar ayında Çinin Chang’e 5 adlı aparatı eniş zonasındakı Ay süxurlarının tərkibində su aşkar etmişdi. Söhbət, 1 ton həcmində Ay süxurunda 120-180 qramm sudan gedir. Ayda insanların daimi mövcud olmaları istiqamətində nəzərdə tutulmuş bazanın yaradılması üçün bu çox azdır. Buna gör də ABŞ və Çin bazanın Ayın Cənub qütbündə yaradılması ideyasını aktiv şəkildə nəzərdən keçirdirlər.

Belə ki, Ayın Cənub qütbündəki kraterlərin dərinliklərində su buz halında mövcud ola bilər. Bundan əlavə olaraq bazanı elektrik enerjisi ilə təmin etmək üçün sözügedən zonada yetəri qədər Günəş enerjisi toplamaq olar. İlkin planlara əsasən Chang’e 6 aparatı nisbətən düz ərazidə eniş edəcək. Bu avtonom stansiya təqribi olaraq 2 ildən sonra Aya yollanacaq. O, Ayın Cənub qütbü zonasına eniş edəcək. Beləliklə eniş edəndən sonra o, güman olunan Ay bazası yerində faydalı resurslar ilə suyun axtarılması üzrə Ay süxurları nümunələrini yığacaq. Chang’e 6-dan sonra həmin ərazilərə daha 2 ədəd avtonom stansiya göndəriləcək. Bütün bu layihələrin əsas məqsədləri elmi tədqiqat, Ay resurslarının axtarılması və onların istifadəsidir.

Əks halda orda baza yaratmağın bir mənası qalmayacaq. Chang’e 7 stansiyası həmçinin pilotsuz uçuş aparatına sahib olacaq. Həmin aparat Ay kraterlərinin 10 km dərinlikdə araşdırılması üçün nəzərdə tutulacaq. Ümumilikdə isə Chang’e 7-nin əsas məqsədi kraterlərdə suyun axtarışı olacaq. Chang’e 8 stansiyası isə Ay resursları ilə yerindəcə təcrübələrin aparılması üçün nəzərdə tutulacaq baza rolunda çıxış edəcək. Həmin missiya çərçivəsində Ay resurslarından istifadə üzrə bir çox texnologiya test olunacaq. “Chang’e” proqramı güman edir ki, Ayda yekun bazanın inşa edilməsinə hazırlıqlara 2030-cu ilə qədər start götürəcək. Astronavtların həmin bazaya 2035-ci ilə qədər yollanacaqları planlaşdırılır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap