AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

UNEC-də Elm Festivalına yekun vuruldu

28.03.2022 /

UNEC-də Elm Gününə həsr olunan Elm Festivalının bağlanış mərasimi keçirilib.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC rektoru professor Ədalət Muradov bir ay davam edən Elm festivalı çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu diqqətə çatdıraraq, elmin populyarlaşdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Rektor UNEC-də iqtisadiyyat və elm sahəsi üzrə yetərincə kadr potensialının olduğunu, bu potensialın aşkarlanması istiqamətində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə çoxsaylı təlimlərin keçirildiyini vurğulayıb. Elmin kommersiyalaşdırılması məsələsinə toxunan Ə.Muradov bununla bağlı mövcud problemlərdən və onun həlli yollarından da danışıb. Universitet-akademiya-iş dünyasının birgə əməkdaşlığının bu istiqamətdə faydalı olacağını qeyd edib.

Sonra Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov Elm festivalı barədə HESABATLA çıxış edib. Professor festival çərçivəsində konfrans, dəyirmi masa, elmi-praktiki seminar, açıq elmi-populyar mühazirə, debat, master klass, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırma və treninqlər olmaqla 33 tədbirin, eləcə də kitab sərgisi və kitab təqdimatının keçirildiyini deyib. Məruzəçi çıxışında universitetlərdə  elmi tədbirlərin təşkilində ənənəvi yanaşmanın dəyişməsi zərurəti yarandığını diqqətə çatdıraraq, təkliflərlə çıxış edib. O, festivalda səsləndirilən məruzə və elmi nəticələrin UNEC elmi jurnallarında dərc olunması, elmi tədbirlərin əsasən diskussiya formatında təşkil edilməsi, eləcə də dayanıqlı, rəqabətli, müasir dünya ilə ayaqlaşa biləcək elmi araşdırmaların aparılması məqsədilə elmi tutumlu kafedraların yaradılması, “Əməkdar professor” vəzifəsinin təsis olunması barədə təkliflər səsləndirib.

Tədbirdə iştirak edən AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov Elm festivalının nəticələrini yüksək qiymətləndirərək, UNEC-in elm sahəsində son illərdə qazandığı nailiyyətlərlə qürur duyduğunu ifadə edib. Akademik ölkədə elm sahəsində aparılan uğurlu islahatları və mövcud problemləri iştirakçıların diqqətinə çatdırıb. UNEC ilə İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq imkanlarından da söz açan akademik Əli Abbasov, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini bildirib.

Sonra UNEC ilə İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Akademik Əli Abbasov və professor Ədalət Muradovun imzaladığı sənədə əsasən, tərəflər arasında patentləşdirilmiş ixtiraların tətbiqi və kommersiyalaşdırılması, tərəfdaşların tapılması, əqli mülkiyyət və müəllif hüquqlarının qorunması və inkişaf perspektivlərini dəstəkləyən tədbirlərin keçirilməsi, ixtira, faydalı model və sənaye nümunələrinə yerli və beynəlxalq patentlərin alınması, texnoloji transfer və innovasiyalar üzrə birgə milli proqramların hazırlanması və tətbiqi, patentləşdirmə və müəllif hüququna dair birgə tədbirlərin təşkil edilməsi və s. nəzərdə tutulub. 

news.unec.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap