AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süni intellekt və data elmi ilə bağlı təlim proqramına qeydiyyat davam edir

29.03.2022 /

Ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədilə Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək “Süni intellekt və data elmi” intensiv təlim proqramına qeydiyyat davam edir.

İnstitutdan bildirilib ki, tələbələrə layihə çərçivəsində bu sahənin ekspertləri tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçiriləcək.

Üç ay davam edəcək təlim proqramının sonunda iştirakçılar “Python” və “SQL” proqramlarından sərbəst istifadə etmək, araşdırma sualları formalaşdırmaq və statistik analiz apararaq bu suallara cavab tapmaq, “Python” və “Tableau” proqramları vasitəsilə verilənləri vizuallaşdırmaq, “Machine Learning” modelləri əsasında analiz və hesablamalar aparmaq və “Dərin öyrənmə” (Deep learning) alətləri ilə biznes proseslərini optimallaşdırmaq kimi bilik və bacarıqlara yiyələnəcəklər.

İngilis dilində tədris olunacaq təlim proqramında iştirak etmək üçün namizədlərdən riyazi biliklərinin, STEM ixtisaslarında təhsil alması və data elminə maraqlı olması tələb edilir. Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavr, magistratura tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Data elminin əsaslarını öyrənmək və gələcəkdə peşəkar data mütəxəssisi olmaq istəyən tələbələr aprelin 5-dək qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. İştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur. Proqramla bağlı daha ətraflı məlumat almaq üçün institutun Təhsildə innovasiyalar şöbəsi ([email protected]) ilə əlaqə saxlamaq mümkündür.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap