AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Azərbaycanlı alim COVID-19-un bütün variantlarına qarşı effektiv peyvənd hazırlayıb

12.04.2022 /

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda dünyada ilk dəfə olaraq COVID-19-un “Omikron” və “Delta” variantları da daxil olmaqla, bütün variantlarına qarşı effektiv qoruyuculuğu təmin edən peyvəndlər hazırlayıb.

Bu barədə professor Tərlan Məmmədov məlumat verib. T.Məmmədovun sözlərinə görə, hazırladıqları peyvəndlərlə bağlı “Plant-produced RBD and cocktail-based vaccine candidates are highly effective against SARS-CoV-2, independently of its emerging variants” (“Bitki əsaslı RBD və kokteyl peyvənd namizədləri SARS-CoV-2-nin bütün variantlarına qarşı yüksək effektivliyə malikdir) adlı hesabat-məqalə “BioRxiv”də (biologiya elminə aid elmi tədqiqatların onlayn arxivi və nəşr edilməsi imkanı təqdim edən sistem) dərc olunub.

Alim qeyd edib ki, hazırda dünyada koronavirusa qarşı istifadə olunan heç bir vaksin “Omikron”a qarşı effektli deyil və bu haqda heç bir məlumat yoxdur. T.Məmmədovun “Science” jurnalında nəşr olunan məqalələrinə istinadən “hər dozası 30 mikroqramdan ibarət olan 2 doz sintetik mRNT (ümumilikdə 60 mikroqram) tərkibli “Pfizer/BioNTech” peyvəndi “omikron” variantına qarşı effektsizdir və heç bir qoruyuculuğa malik deyil”.

Hazırladığımız bitki RBD və kokteyl əsaslı peyvəndlərin “Omikron” ştamına qarşı da effektivliyini sübut etdik”, - deyə T.Məmmədov bildirib və bu elmi nəticələrin “Nature Communication” jurnalına göndərildiyini, 2 gün öncə BioRxiv-də nəşr olunduğunu diqqətə çatdırıb: “Beləliklə, biz dünyada ilk dəfə olaraq “Omikron” da daxil olmaqla SARS-CoV-2-nin bütün variantlarına qarşı effektiv olan vaksinlər haqqında bütün dünyaya məlumat verdik”.

Alim əlavə edib ki, hazırda bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

aztibb.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap