AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Azərbaycan Milli Ensiklopediyasının 10-cu cildi çapdan çıxıb

15.04.2022 /

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Azərbaycan Milli Ensiklopediyasının növbəti 10-cu cildi çap olunub.

Bu barədə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzindən məlumat verilib. Bildirilib ki, milli ensiklopediyanın satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Bakıda “Şərq-Qərb” ASC-nin mətbəəsində nəşr edilib.

Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri indiyə qədər Almaniyada çap edilirdi. Nəzərdə tutulan vaxtda çapa hazır olmasına baxmayaraq, 10-cu cildin Almaniyada buraxılması pandemiya şəraitindən irəli gələn çətinliklərə görə reallaşmayıb. Cildin həcmi 75 şərti çap vərəqi təşkil edir (600 səhifə). Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 10-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlər ilə verilib.

Azərbaycan Milli Ensiklopediyasının bütün cildlərində olduğu kimi, bu cildində də dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahları yer alıb. Bütün materiallar ensiklopedik materialların hazırlanma prinsipləri üzrə və elmi mərkəzin rəsmi təsdiq olunmuş “Metodik göstərişlər”inə uyğun hazırlanıb.

Respublikamızın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər ensiklopediyanın hazırlanmasında iştirak ediblər. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində hazırda milli ensiklopediyanın növbəti 11-ci cildi çapa hazırdır, növbəti cildlər üzərində iş gedir.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap