AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il saxlaya bilən texnologiya yaradıblar

19.04.2022 /

İsveçli alimlər Molecular Solar Thermal (MOST) adlı yeni texnologiya yaradıblar. Sözügedən texnologiya Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il ərzində saxlaya bilər. Bundan əlavə olaraq alimlər tərəfindən termoelektrik generator yaradılıb. Yaradılmış generator xüsusi maye daxilində yaranan istiliyi katalizator vasitəsilə elektrik enerjisinə çevirə bilir. “Biz, hava şəraitindən, vaxtdan, ilin fəslindən və geoqrafik yerləşmədən asılı olmayaraq Günəş işığını elektrik enerjisinə çevrilmədə istifadə edə bilərik. Bu, CO2 ifrazı etmədən çalışa bilən qapalı sistemdir” - deyə alimlər qeyd ediblər. Alimlər tərəfindən yaradılmış yeni texnologiyanın çalışma prinsipi xüsusi hazırlanmış karbon, hidrogen və azot molekuluna əsaslanaır.

Molekulun Günəş işığı ilə qarşılıqlı əlaqəyə girməsi zamanı atomlar molekulun konfiqurasiyasını dəyişərək onu enerji ilə zəngin olan izomerə çevirirlər. İzomer isə maye şəklində mövcud ola bilir. Bu sistemi kompakt ölçülü termoelektrik generatoru ilə birləşdirərək alimlər əldə edilmiş enerjinin elektrik enerjisinə çevrilməsinə nail olublar. Kompakt ölçülü termoelektrik generator isə ultranazik çip formasındadır və onu smartfonlar, qulaqlıqlar və smart saatlar kimi elektronik cihazlara inteqrasiya etmək mümkündür. Perspektiv cəhətdən bu cür texnologiya qapalı Günəş enerjisi sistemi vasitəsilə özü-özünü şarj edə bilən elektronik cihazların yaradılmasına gətirib çıxarda bilər.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap