AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Rəyasət Heyəti adından Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarının təbriki

01.05.2022 /

Hörmətli həmkarlar!

Sizi İslam dininin müqəddəs bayramları sırasında mühüm yer tutan, insanları və bəşəriyyəti haqqa, gözəl əməllərə və kamilliyə çağıran “Qurani-Kərim”in nazil olduğu, ibadətlərlə və dualarla zəngin Qədr gecələrini özündə birləşdirən, on bir ayın sultanı sayılan, cənnətin qapılarının açıldığı Ramazan bayramı münasibətilə təbrik edir, Sizə, ailənizə və doğmalarınıza xoş günlər, cansağlığı arzulayırıq.

Uca Yaradanın bərəkəti, mərhəməti və rəhməti ilə dolu Ramazan ayının mahiyyətində insanların öz nəfsini sınamaq və ona hakim olmaq, iradəsini, dözümlülüyünü yoxlamaq və gücləndirmək, günahlardan arınmaq, Allaha daha çox ibadət etmək və ehtiyacı olanlara əl tutmaq dayanır və bu da özlüyündə yüksək mənəviyyat tələb edir. Həmçinin küsülüləri barışmağa, insanları mehriban olmağa və bəşəriyyəti sülhə səsləyir ki, bu, bir daha İslam dininin təməlində tolerantlığın dayandığını göstərir.

Heç şübhəsiz, Ramazan bayramı xalqımızın milli-mənəvi dəyərlərinin inkişafında, ölkəmizdə multikultural ənənələrinin yaranmasında və güclənməsində mühüm rol oynayıb və nəticədə müxtəlif xalqların, etnik qrupların nümayəndələri əsrlərdir Azərbaycanda bir arada tolerant şəkildə, sülh, əmin-amanlıq içərisində yaşayırlar.

Bu gün ölkəmizdə başda İslam dini olmaqla, digər dinlərin də dəyərlərinə, nümayəndələrinə hörmətlə yanaşılır və ötən müddət ərzində cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızda bir çox məscid və ziyarətgahlar, kilsə və sinaqoqlar təmir və bərpa olunub.

Azərbaycan uzun illərdir dünyada multikulturalizmin təbliği, tolerantlığın güclənməsi və İslam həmrəyliyi işinə mühüm töhfələr verib, həmçinin İslamofobiyaya qarşı mübarizədə ön sıralarda yer alıb və almaqda da davam edir. Ölkəmizin təşəbbüsü ilə ötən illər ərzində keçirilən “Bakı Prosesi”, Bakı Beynəlxalq Humanitar Forumları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, o cümlədən 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, elə həmin ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun bariz nümunəsidir və bütün bunlar Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirir.

Sevindirici və qürurverici haldır ki, 30 ilə yaxın bir fasilədən sonra doğma Qarabağımızda, işğaldan azad edilmiş ərazilərimizdəki məscidlərdə də azan səsi eşidilir və bölgədəki geniş quruculuq işləri dini kompleksləri də əhatə edir.

Əziz həmkarlar!

Sizi bir daha Ramazan bayramı münasibətilə təbrik edir, Uca Yaradandan orucunuzun, dualarınızın, fitrələrinizin qəbul olunmasını diləyir, sağlam, xoşbəxt günlər, elmi, elmi-təşkilati yaradıcılığınızda uğurlar arzulayırıq!

AMEA-nın Rəyasət Heyəti

 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap