AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər plastik materialı bir neçə günə parçalayan yeni ferment yaradıblar

05.05.2022 /

Texas Universitetinin alimləri plastik materialı bir neçə gün ərzində parçalama imkanını verən yeni ferment yaradıblar. Parçalanma nəticəsində əldə edilmiş maddəni daha sonra təmiz plastikin istehsalında istifadə etmək mümkündür. Yaradılmış zülal polietilentereftalatın inşa bloklarını parçalaya bilir. Qeyd etmək lazımdır ki, dünyadakı tullantıların 12%-ni təşkil edən materialların tərkibləri məhz polietilentereftalatdan ibarətdir. Yeni ferment polietilentereftalatın tərkib hissəsini təşkil edən inşa bloklarını ilkin monomerlərə ayırır. Daha sonra həmin monomerləri təkrar polimerləşmə prosesindən keçirdərək plastik materiala çevirmək olar. Əldə edilmiş plastik materialdan isə müxtəlif məhsullar hazırlamaq olar.

“Bizim, plastik ilə edə biləcəyimiz tək şey onu ilkin monomerlərə ayırmaqdır. Bizim fermentimiz məhz bunu edir. İlkin monomerlərin istifadəsi ilə isə biz faktiki olaraq sıfırdan plastik material əldə edirik. Sadəcə olaraq bu məsələdə bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, sözügedən proses çərçivəsində plastik materialın əldə olunması zamanı əlavə neft resurslarından istifadə etməyə ehtiyac qalmır” - deyə mütəxəssislər qeyd ediblər. Beləliklə mütəxəssislərin yaratmış olduqları bu yeni ferment plastik materialları parçalamaqla məşğul olan fermentlər siyahısına daxil edilib. Qeyd etmək lazımdır ki, bu cür fermentlər ilk dəfə olaraq 2005-ci ildə qeydiyyata alınmışdı.

Hal hazırda sözügedın siyahıya 19 ədəd bu cür ferment daxildir və onlar əsasən təbiətdə rast gəlinən bakteriyalar əsasında əldə olunublar. Alimlər qeyd ediblər ki, bu fermentlərin çoxu öz konkret mühitlərində çox yaxşı funksionallığa sahib olsalar da, müəyyən temperatur və turşuluq göstəricisi ilə məhdudlaşırlar və onları tullantıların emal mərkəzləri kimi müxtəlif şəraitlərdə istifadə etmək mümkün deyil. Texas Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış ferment isə müxtəlif temperatur və turşuluq göstəricisi şəraitində 51 növ polietilentereftalatı parçalaya bilir. Mütəxəssislər yeni fermentə FAST-PETase adını veriblər. Mütəxəssislər ümid edirlər ki, digər fermentlərdən fərqli olaraq FAST-PETase adlı yeni fermentin miqyasını daha asan şəkildə böyütmək mümkün olacaq. Növbəti mərhələdə sözügedən fermentin plastik tullantılar üzərində test edilməsi planlaşdırılır.

technote.az

Tweet
ANNOUNCE
  • 03.03.2026
  • 03.03.2026
  • 03.03.2026
  • 02.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap