AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər: 'Gələcəkdə kainatın genişlənməsi dayanacaq və o, sıxılmağa başlayacaq'

06.05.2022 /

Alimlər kainatın inkişaf modelini yaradıblar və həmin model onu göstərib ki, kainatın sürətlə genişlənməsinə təkan verən qaranlıq enerji müəyyən müddətdən sonra genişləndirmə gücünü itirə bilər. Nəticədə qaranlıq enerjinin digər özəlliyi kainatın tədricən sıxılmasına gətirib çıxardacaq. Bu isə öz növbəsində kainatın məhv olmasına və ya məkan-zamanın yeni doğuşuna səbəb olacaq. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, qaranlıq enerji təbiətin sabit gücü deyil və o, müəyyən müddətdən sonra dəyişə bilər. Belə ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən itələyici qüvvəsi sonda zəifləyə və tamamilə dayana bilər. Bunun baş verəcəyi halda qaranlıq enerjinin digər imkanı ortaya çıxacaq. Söhbət, cəzbetmə gücündən gedir. O isə öz növbəsində kainatın yavaş-yavaş sıxılmasına gətirib çıxardacaq.

Alimlər tərəfindən kainatın təkamülü üzrə yaradılmış model onu göstərib ki, kainatın sürətli genişlənməsi 65 milyon ildən sonra dayana bilər. Daha 100 milyon il ərzində kainat ümumiyyətlə genişlənməyəcək.

Növbəti mərhələdə isə yavaş-yavaş sıxılma prosesi işə düşə və bir neçə milyard il ərzində davam edə bilər. Nəticədə kainat ya məhv olacaq ya da onun yeni doğuşu baş verəcək. “Biz düşünürük ki, kainat genişlənməsi prosesi olduqca tez bir zamanda ləngiyəcək. Belə ki, kosmik miqyasda 65 milyon il o qədər də böyük zaman göstəricisi deyil” - deyə Prinston Universitetinin alimi Paul Steinhardt qeyd edib. Hələ keçə əsrin 90-cı illərində alimlər öyrənmişdilər ki, kainat milyardlarla il bundan öncəki vəziyyəti ilə müqayisədə daha sürətlə genişlənir və bunun əsas səbəbi qalaktikalar kimi yüksək kütləli kosmik obyektləri bir-birilərindən itələmə gücünə sahib qaranlıq enerjidir. Albert Eynşteyn tərəfindən təklif edilmiş nəzəriyyəyə əsasən qaranlıq enerji dəyişməyən formaya sahibdir. Yəni bu bilinməyən güc dəyişmir və buna görə də kainatın genişlənməsi sonsuza qədər davam edəcək. Lakin aralarında Paul Steinhardt-ın da olduğu alimlərin 1998-ci ildə təqdim etmiş olduqları digər bir nəzəriyyəyə əsasən qaranlıq enerjinin sabit qalması zəruri deyil və onun özəllikləri dəyişə bilər.

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap