AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Gələn həftə alimlər Süd Yolu qalaktikasında edilmiş inqilabi kəşfi elan edəcəklər

06.05.2022 /

Gələn həftə Avropa Cənub Rəsədxanası (ESO) xüsusi press-konfrans keçirdəcək və həmin press-konfrans çərçivəsində bizim qalaktikada edilmiş yeni kəşfdən danışılacaq. ESO astronomları Event Horizon Telescope (EHT) adlı layihə çərçivəsində aparılmış araşdırmaların nəticələrini ictimaiyyətə təqdim edəcəklər. Qeyd etmək lazımdır ki, məhz bu layihə çərçivəsində astronomlar 2019-cu ildə qara dəliyin ilk fotosunu əldə etmişdilər. Söhbət, M87 adlı qalaktikanın mərkəzində yerləşən yüksək kütləli qara dəliyin fotosundan gedir. Buna görə də heç istisna deyil ki, bu dəfə alimlər Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin fotosunu əldə ediblər.

ESO tərəfindən planlaşdırılan press-konfrans 12 may tarixində baş tutacaq. Konfrans həmçinin Youtube üzərindən canlı yayım şəklində də təqdim ediləcək. Keçiriləcək konfransın əsas mövzusu hələ ki, sirr olaraq saxlanılır. Lakin məlumdur ki, alimlər EHT layihəsi çərçivəsində artıq uzun zamandır ki, Süd Yolu qalaktikasının mərkəzini incələyirlər. Qalaktikamızın mərkəzində isə Oxatan A* adlı yüksək kütləli qara dəlik yerləşir. Bəlkə alimlər 2019-cu ildə qara dəliyin təqdim edilmiş ilk fotosu uğurunu təkrar ediblər? Bu həqiqətən də astronomiya sahəsinin ən vacib nailiyyətlərindən biri olacaq.

Qara dəliklərin fotolarını əldə etmək olduqca çətindir. Belə ki, onlar bütün elektromaqnit şüalanmanı udduqları üçün demək olar gözəgörünməzdirlər. Görünə biləcək yeganə şey isə qara əliyin hadisə üfüqi adlı bölgəsidir. Bizim qalaktikamızın mərkəzində yerləşən Oxatan A* adlı qara dəliyə gəldikdə isə onu bizdən toz və qaz buludları örtürlər. Buna görə də onu müşahidə etmək ikiqat çətinləşir. Əgər alimlər həqiqətən də Oxatan A*-nın fotosunu əldə ediblərsə, həmin fotoda çox güman ki, işıq saçan ponçikə bənzər obyekt əks olunacaq. ESO-nun verdiyi məlumata əsasən söhbət, inqilabi kəşfdən gedir. 2019-cu ildə alimlər qara dəliyin ilk fotosunu təqdim etməmişdən öncə də qeyd etmişdilər ki, edilmiş kəşf inqilabidir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap