AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Arif Həşimov YAP-ın təşkilatçılığı ilə keçirilmiş Ulu Öndər Heydər Əliyevə həsr olunan konfransda iştirak edib

08.05.2022 /

Mayın 6-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru” mövzusunda konfrans keçirilib.

Əvvəlcə konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tariximizin iki parlaq şəxsiyyəti - Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan güclü dövlətə, söz və nüfuz sahibinə çevrilib.

Onun sözlərinə görə, inkaredilməz həqiqətdir ki, müasir Azərbaycan reallığı, eləcə də Azərbaycan tarixinin müstəqillik zirvəsi Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır: “O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Onun ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır”.

Tahir Budaqov vurğulayıb ki, Heydər Əliyevin xalqımız və dövlətimiz, dövlətçiliyimiz qarşısında ən mühüm – tarixi xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır: “Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə xalqımızın qürur və iftixar mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir. Bu, həm də Heydər Əliyev ideyalarının təntənəsi, dövlətçilik tariximizin zirvə hadisəsidir. Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev yolu ilə əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir. Əminliklə söyləmək olar ki, öz ərazi bütövlüyünü təmin etmiş, bölgənin lider dövlətinə - regional güc mərkəzinə çevrilmiş Azərbaycan yeni zirvələr fəth edərək tarix yazacaq, adını tarixə əbədi yazdıracaq!”.

Konfransda, həmçinin YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov “Xalq-Heydər, Heydər-Xalq – zamanın sınağında formalaşmış vəhdət”, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Heydər Əliyev – elm və təhsilin hamisi”, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Yeni Azərbaycan Partiyası - Ulu Öndərin siyasi xəttinə sadiqliyin əyani ifadəsi” və YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” mövzusunda çıxış ediblər.

Qeyd edək ki, konfransda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov da iştirak edib.
science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap