AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

FHN-in Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş VII elmi-texniki konfrans keçirilib

10.05.2022 /

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında professor-müəllim heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfrans keçirilib.

Əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzey ilə tanış olublar.

Dövlət Himninin səsləndirlməsi ilə başlanan konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirərək qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail olub. Bu gün də ölkəmizin qarşısında duran strateji vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Akademiyanın rəisi xüsusilə vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasətinin layiqli davamçısı olan dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına böyük diqqət və qayğı göstərilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru professor Əminağa Sadıqov, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti texnika üzrə fəlsəfə doktoru Leyla Muradxanlı, FHN Akademiyasının “Təbiət və fundamental fənlər” kafedrasının professoru Xalid Həsənov və həmin kafedranın müəllimi Elvira Qurbanova, Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının baş müəllimi leytenant Maya Qurbanova məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında FHN Akademiyasının və ölkənin bir sıra ali məktəblərinin nümayəndələri müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

fhn.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap