AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Günəşdən ən uzaq məsafədə yerləşən Neptun planetinə hansı müddətə çatmaq mümkündür?

11.05.2022 /

Pluton cırtdan planetlər sinifinə daxil ediləndən sonra Günəşdən ən uzaq məsafədə yerləşən planet statusunu Neptun qazandı. Sözügedən qaz nəhəngi Günəşdən o dərəcədə uzaq məsafədə yerləşir ki, Günəş şüalarının ona çatmaları üçün 4 saat vaxt lazım olur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinə Günəş şüaları 8 dəqiqəyə çatırlar. Neptun həmçinin Yer kürəsindən 4 dəfə daha böyükdür və onun mühit şərtləri insan üçün heç də yaxşı deyillər. Neptunda küləkli hava şəraiti mövcuddur. Yer kürəsində ən güclü küləklərin sürətləri saatda 400 km təşkil etdikləri bir vaxtda Neptunda küləklərin sürətləri saatda 1900 km-ə çata bilirlər. Söhbət, Yer kürəsində rast gəlinən adi küləklərdən getmir. Neptunda küləklər hidrogen, helium və metan qazlarının güclü axınları rolunda çıxış edirlər. Neptunda temperatur çox aşağıdır. Hava şərtlərindən asılı olaraq onun atmosferinin yuxarı laylarında temperatur -151 dərəcə Selsidən -165 dərəcə Selsiyə çatır.

Neptunun atmosferi qaz buludlarından ibarətdir. Həmin qaz buludlarından sonra buz, buzdan sonra isə daha çox miqdarda qaz yerləşir. Bu isə o deməkdir ki, əgər siz Neptunda olsaydınız, onun böyük olmayan nüvəsinə çatana kimi düşmə prosesində olacaqdınız.

Başqa sözlə desək, Neptun həyatın dəstəklənməsi üçün nəzərdə tutulmuş şərtlərə sahib deyil. Lakin əgər insanlar necəsə Neptuna çatsaydılar, bu hansı müddətə başa gələrdi? Neptun hansısa kosmik aparatın və ya kosmik gəminin enişi üçün ideal şəraitə sahib olmadığı səbəbilə ən yaxşı variant ona maksimal dərəcədə yaxın məsafədə yaxınlaşaraq planeti eləcə müşahidə etməkdir. Lakin bu da öz növbəsində asan bir tapşırıq deyil. Neptun Yer kürəsindən təqribi olaraq 4.3 milyard km uzaqlıqda yerləşir. Əgər siz bu məsafəni zamana çevirsəniz, çox uzun müddət ərzində davam edəcək kosmik səyahət əldə edərsiniz. NASA-nın Voyager-2 adlı kosmik aparatı uzaq planetlərə çatmaq və onlar barəsində daha çox məlumat əldə etmək məqsədilə Yer kürəsini 1977-ci ildə tərk etmişdi. 12 ildən sonra isə (1989-cu il) Voyager-2 Neptun planetinə maksimal yaxın məsafədə yaxınlaşmış və onun bir neçə fotosunu çəkmişdi. Lakin yaxın gələcəkdə idarə olunan kosmik gəminin Neptuna çata biləcəyi ehtimalı çox aşağıdır.

Alimlərin fikirlərinə əsasən Neptuna çatmaq üçün astronavtlardan ibarət heyətə sahib kosmik gəmiyə 12 ildən çox vaxt lazım olacaq. Hal hazırda isə insana kosmosda bu qədər müddət ərzində sağ qalmağa imkan verən texnologiyalar mövcud deyil.

Bununla belə mütəxəssislərin fikrlərinə əsasən Neptun kimi planetlərin müşahidə edilməsi öz növbəsində kainatın daha yaxşı anlaşılmasında yardımçı olacaq. Yaxın gələcəkdə idarə olunan kosmik gəmilərin Neptuna çata bilmə ehtimallarının çox aşağı olmalarına baxmayaraq tədqiqatçılar iki kosmik missiya üzərində çalışırlar və həmin missiyaların səyahət marşrutları siyahılarında Neptun planeti də var. İki missiyadan biri Çin tərəfindən hazırlanır və həmin missiya çərçivəsində göndəriləcək kosmik aparat Voyager-2-nin trayektoriyası üzrə səyahət edərək Neptunun yanından keçəcək və öz yoluna davam edəcək. İkinci missiya isə NASA tərəfindən hazırlanır və o, Trident adını əldə edib. Trident missiyası çərçivəsində göndəriləcək kosmik aparat Neptunun peyki olan Tritonun yaxınlığından keçəcək. Məqsəd isə Tritonda yeraltı okeanın mövcud olub-olmadığını öyrənməkdir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap