AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Şuşanın Rəqəmsal Müəllimləri”  layihəsi çərçivəsində keçirilən təlim və tədbirlərin bağlanış mərasimi baş tutub

14.05.2022 /
13 may 2022-ci il tarixində Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında “Şuşanın Rəqəmsal Müəllimləri”  layihəsi çərçivəsində keçirilən təlim və tədbirlərin bağlanış mərasimi keçirilib.
 
Layihənin bağlanış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa Rayon Təhsil Şöbəsinin layihələr üzrə rəhbəri və  məsləhətçisi Aydan Bağırova, AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü Hüseyn Hüseynov, Şuşa 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova iştirak ediblər.
 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə və layihə rəhbəri Hüseyn Hüseynov 2022-ci il Şuşa ilində həyata keçirilən “Şuşanın Rəqəmsal Müəllimləri” adlı tədbirlərin təşkili layihəsinin əhəmiyyətini vurğuladılar. Təlimlərdə təlimçi-ekspert olan Səyyarə Hidayətzadə texnologiyanın tədrisə çox böyük kömək olacağından söz açıb və əməkdaşı olduğu İnstitutun rəhbərliyi adından bu tip təlim və tədbirlərə hər zaman istənilən köməyi göstərməyə hazır olduqlarını nəzərə çatdırıb.
 
Qeyd edək ki, layihəyə müraciət edən  300 müəllimdən 50 müəllim seçilərək təlimlərə cəlb edilmişdi. Bağlanış mərasimində layihədə iştirak edən müəllimlərə sertifikatlar təqdim edildi.
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap