AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər tarixdə ilk dəfə Ay torpağında uğurla bitki yetişdirə biliblər

16.05.2022 /

Ay kənd təsərrüfatı sahəsi öz inkişaf yolunda daha bir böyük addım atıb. Belə ki, amerikalı alimlər Ay torpağı nümunələrində bitkilərin yetişdirilməsi üzrə aparılmış təcrübələrin uğurla yekunlaşdıqlarını elan ediblər. Təbii ki, söhbət hələ qida məhsulu kimi qəbul ediləcək bitkilərdən getməsə də, bu, gələcəkdə Ayda daimi yaşayış bazasının yaradılması yolunda böyük bir addımdır. Yer kürəsində Ay torpağına çox az rast gəlinir. Buna görə də adətən alimlər bu və ya digər təcrübəni aparmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn onlardan bəziləri Arizona ştatının səhrasından nümunələr götürərək onları Ay torpağı kimi simulyasiya edirlər və bitki toxumlarını məhz bu cür simulyasiya edilmiş torpaq nümunələrinə yerləşdirirlər. 2019-cu ildə çinli alimlər Aydakı aparatın daxilində toxumaları Ay torpağı nümunələrinin vasitəsilə yetişdirə bilmişdilər. Lakin həmin təcrübə çərçivəsində toxumalar heç bir sutka da dözməyib məhv olmuşdular.

Florida Universitetinin alimləri Anna-Lisa Paul və Rob Ferl isə bu işdə böyük addım atıblar. Sözügedən alimlər öz növbələrində 11 il ərzində Ay torpağı (reqolit) ilə müxtəlif təcrübələr aparıblar. Qeyd etmək lazımdır ki, reqolit keçən əsrdə baş tutmuş Apollo-11, 12 və 17 missiyaları çərçivəsində yığılaraq Yer kürəsinə çatdırılıb. Həmin yığılmış nümunələrin böyük tarixi məna kəsb etmələrinə baxmayaraq alimlər məhdud sayda bitkilərin yetişdirilməsi üçün NASA-dan 12 qramm miqdarında reqolit əldə edə biliblər. Dibçəyə bənzər çox kiçik ölçülü qablardan istifadə edərək alimlər onlardan hər birinə 1 qramm Ay torpağı nümunəsini yerləşdiriblər. Daha sonra onlar hər bir qaba yerləşdirilmiş 1 qramm Ay torpağı nümunəsini qidalandırıcı maddələr ilə nəmləndiriblər və qablara arabidopsis adlı bitkinin toxumlarını yerləşdiriblər.

Parallel olaraq alimlər eyni bitkinin toxumlarını Yer kürəsində əldə və simulyasiya edilmiş Ay torpağına və Yer kürəsinin ən ekstremal mühitlərindən əldə edilmiş torpaq nümunələrinə yerləşdiriblər. Nəticədə Ay torpağı nümunəsinin olduğu bütün qablarda bitkilər yetişib. Bununla belə aparılmış təcrübə stabil getməyib. Belə ki, məlum olub ki, Ay torpağı nümunələrinə yerləşdirilmiş toxumlardan bitkilər daha ləng şəkildə yetişiblər. Bundan əlavə olaraq onlar bitkilərə duzlar və metallarla təsirlər üçün xarakterik olan effektləri sərgiləyiblər. Alimlər belə bir qənaətə gəliblər ki, Ay torpağı bitkilər üçün stress mənbəyi ola bilər. İndi isə alimlər həmin stress səviyyəsini aşağı salacaq üsulu tapmalıdırlar. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap