AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Arif Həşimov Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar səyyar müşavirə keçirib

16.05.2022 /

AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus Big Data resurslarının toplanması, saxlanılması və analitik emalı, elektron elmin maddi-texniki bazasının gücləndirilməsi, ölkəmizdə IV sənaye inqilabının imkan və çağırışlarının reallaşdırılması, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunun ərazisində müasir standartlara uyğun Elektron Elm Mərkəzinin yaradılmasına zərurət yaranıb.

Bununla əlaqədar olaraq AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov müvafiq alim və mütəxəssislərin iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda Elektron Elm Mərkəzinin binasının inşası məsələlərinə həsr olunmuş səyyar müşavirə keçirib.

Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, AzScienceNet şəbəkəsinin sürətli İnternet trafiki ilə beynəlxalq şəbəkəyə qoşulması nəticəsində elmi müəssisə və təşkilatların şəbəkə infrastrukturunun modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və tədqiqat prosesində İKT-nin geniş tətbiqi müasir dövrün vacib tələblərindən birinə çevrilib.

Səyyar müşavirədə AzScienceNet elm kompüter şəbəkəsinin, e-elmin maddi-texniki bazasının və onların  fəaliyyət göstərəcəyi işçi yerlərin, həmçinin, e-elmin zəruri funksiyalarını həyata keçirəcək struktur bölmələrinin yaradılması üçün əlavə istehsal sahələrinin inşası zərurətinin meydana çıxdığını, bu məqsədlə xüsusi tələblərə cavab verən Elektron Elm Mərkəzinin təşkilinə ciddi ehtiyac yarandığı vurğulanıb.

Həmçinin müşavirədə iştirak edən alim və mütəxəssislər tərəfindən qeyd olunub ki, bu mərkəz  AzScienceNet-in şəbəkə infrastrukturunun imkan və resurslarından daha səmərəli idarə edilməsi, habelə ölkəmizdə IV sənaye inqilabının imkan və çağırışlarının reallaşdırılması, süni intellekt texnologiyalarının elmi araşdırmalarda tətbiqi üçün mühüm rol oynayacaqdır.

Akademik A.Həşimov Elektron Elm Mərkəzinin inşası üçün layihələndirmə işlərinin aparıldığını, müvafiq qurumlardan razılıqların əldə olunduğunu, bu istiqamətdə tələb olunan tədbirlərin həyata keçirildiyini qeyd edib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap